GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bu gün Ərdoğan İrana gedir - kritik səfərdə Azərbaycan məsələsi...

Bu gün Ərdoğan İrana gedir - kritik səfərdə Azərbaycan məsələsi...

Tarix: 4-10-2017, 10:00 Bölmə :Cəmiyyət Baxış: 327
Bu gün Ərdoğan İrana gedir - kritik səfərdə Azərbaycan məsələsi...


ABŞ bölgənin üç nəhəng dövlətini birləşdirir; Putinlə “saat əqrəblərini təzəcə tutuşduran” Türkiyə lideri Ruhani ilə anlaşa biləcəkmi? Bölgə və Avropada qəlizləşən proseslər, separatizm “paradı” fonunda Bakı da öz böyük qonşuları ilə uzlaşmış siyasət yürütmək zorundadır; ermənilərin Qərbə ümidlənməsində fəlakətli yanlış...

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfəri başlayır. Xəbər verildiyi kimi, səfərdən bir neçə gün qabaq Türkiyə ordusunun Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Tehranda olub və iranlı həmkarı, general-leytenant Məhəmməd Baqiri ilə müzakirələr aparıb. Bu da şəksiz ki, Ərdoğanın bugünkü ziyarətinin siyasi sanbalına dəlalət edən olaylardandır.

Hər iki səfərdə əsas mövzunun Şimali İraqda sentyabrın 25-də keçirilən referendum, iki ölkə arasında əməkdaşlıq, hərbi əlaqələr, sərhəd təhlükəsizliyi, qaçaqmalçılıqla mübarizə, Suriya böhranı və digər regional problemlərin olduğu deyilir.

*****

Xatırladaq ki, təxminən iki ay əvvəl general M.Baqiri Türkiyədə olmuş və Ərdoğan tərəfindən də qəbul edilmişdi. Şübhə yox ki, Türkiyə prezidentinin İran səfərində əsas müzakirə predmeti də bölgədəki kürd separatizmi ilə bağlı təhlükələr və onların önlənməsi yolları, regional təhlükəsizlik problemləri olacaq.

Diqqətçəkici məqamlardan biri də Ərdoğanın kritik İran səfərinin onun Rusiya lideri Vladimir Putinlə görüşündən cəmi bir həftə sonraya təsadüf eləməsidir. Rusiya mediası Putinin səfəri ilə bağlı yazmışdı ki, Kreml başçısı Ankarada Ərdoğanla “saat əqrəblərini tutuşdurub”. Bu mənada qardaş ölkə başçısının İran prezidenti ilə də “saatları yoxlamaq” üçün yaxşı bir fürsətin yetişdiyini söyləmək mümkündür. Hər halda, V.Putinlə 1.5 saatlıq görüşdə Türkiyə rəhbəri yəqin ki, rusiyalı həmkarının “İraq Kürdüstanı” məsələsində də mövqeyini dəqiqləşdirib. Demək, İranla bu mövzunun müzakirəsinin nəticə baxımından daha məhsuldar olması gözləniləndir.

*****

Bütövlükdə son vaxtlar bölgədə Türkiyə-Rusiya-İran geosiyasi üçbucağının əhəmiyyətli dərəcədə özünü büruzə verdiyini söyləmək olar. Doğrudur, söhbət daha çox Suriya böhranının həlli məsələsində üçlü formatda əməkdaşlıqdan gedir. Ancaq o da bir gerçəklikdir ki, bir böhranlı məsələdə özünü doğruldan əməkdaşlıq formatı digər regional problemlərlə bağlı da uğurlu şəkildə sınaqdan keçə bilər. Hərçənd, Ankara, Moskva və Tehranın bölgədəki maraqlarının tam üst-üstə düşdüyünü söyləmək də düzgün olmazdı. Bu da təbiidir.

Türkiyə-Rusiya əlaqələrinin isə ələlxüsus son bir ildə xeyli inkişaf etdiyini qeyd etməmək olmur. Moskva və Ankara hətta hərbi və hərbi-texniki sahədə axır bir ildə xeyli qabağa gedərək, ikitərəfli əlaqələri NATO-nun belə qibtə edəcəyi səviyyəyə çatdırıb. S -400 sistemləri ilə bağlı anlaşma bu qəbildəndir. İqtisadi-ticari, energetik, humanitar sahələrdə əlaqələrin inkişafı da öz yerində.

Image result for Erdoğan Putin

Bu isə ən əvvəl Qərbin, ABŞ-ın ağır sanksiyaları altında olan Moskvaya lazımdır. Başqa sözlə, Qərbin regional supergüc kimi qardaş ölkəyə münasibətdə axır bir neçə ildə yürütdüyü səbatsız siyasət, o sırada hərbi çevriliş cəhdində uğursuz iştirakı, qısası, Ankaranın köklü maraqlarının qulaqardı eləməsi ən çox Rusiyanın “çörəyinin üstünə yağ” sürtməkdədir. Təbii ki, Kremlə əməkdaşlıqda Ankaranın özünün də əldə elədiyi ciddi dividentlər var.

*****

Əksər ekspertlər isə prosesin Türkiyənin Qərbdən qopması yönündə getdiyi barədə xəbərdarlıq etməyə başlayıblar. Məsələn, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Türkiyə-Rusiya yaxınlığında elə Qərbin özünü günahkar sayıb və səbəbləri sıralayıb.
Sitat: “Get-gedə Türkiyə Qərbdən qopur. Bunun səbəbkarı qardaş ölkə yox, Amerika və Avropa Birliyinin yürütdüyü siyasətdir. Avropa Birliyi 10 illərdir çox aşağılayıcı şəkildə Türkiyəni öz qapısında gözlədir. Birlik şərtlər irəli sürür, ardınca yeni şərtlər də ortaya atır. Sonra isə müxtəlif bəhanələr gətirir. Guya Türkiyədə insan haqları pozulur. Halbuki Türkiyə deyir ki, ərazinizdə terrorçular gizlənib, onu bizə təhvil verin və imkan verməyin silahlar alsınlar. Amma o terrorçuların biri də təhvil verilmir. Nəticədə Türkiyədə Avropaya qarşı qəzəb yaranır. Yaxud Fətullah Gülən Pensilvaniyada rahat şəkildə yaşayır, ev həbsində belə deyil. Halbuki qardaş ölkədə 250 nəfərdən artıq insanın ölümünə baiskar olan şəxsdir. Türkiyə əleyhinə də fəaliyyətinə davam edir. Bundan əlavə, rəsmi Ankara dəfələrlə Amerikaya deyib ki, Suriyada düşmənim olan terrorçulara silah verməyin. Lakin Amerika buna məhəl qoymadı, yenə də silah verməkdə davam edir. Belə olan halda Türkiyə məcburən alternativ yollar axtarır. Alternativlərdən biri də Rusiya ilə əməkdaşlığın genişləndirilməsidir. Düzdür, biz Azərbaycan olaraq, Rusiyanın siyasətindən narazıyıq. Amma Rusiya-Türkiyə yaxınlığını anlayırıq. Avropa dövlətləri ilə Türkiyənin əlaqələrində ciddi problemlər aradan qalxmayınca, Rusiya-Türkiyə münasibətləri dərinləşəcək”.

*****

Ankara-Moskva münasibətləri isə bəlli səbəblərdən Azərbaycan üçün məxsusi önəm kəsb edir - istər bu münasibətlər sərin olsun, istərsə də isti. İki dövlətin yaxınlaşması ilk növbədə də Dağlıq Qarabağ məsələsi kontekstində əhəmiyyətlidir. Nəzərə alsaq ki, son vaxtlar regionda, hətta Avropada “separatizm” paradı başlayıb, üstəlik, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin ixtisara salınması, yəni rəsmi Vaşinqtonun Qarabağ məsələsində bir qədər kənara çəkilməsi haqda fikirlər ortaya çıxıb, o zaman Ankara-Moskva, hətta Ankara-Tehran əməkdaşlığının Bakı üçün önəmi artmış sayıla bilər. Hər necə olmasa, Qarabağ ixtilafının yekun çözümündə regionun böyük dövlətlərinin mövqeyi və razılığı aparıcı olacaq.
Hərçənd, işğalçı Ermənistan, erməni separatçıları İraq Kürdüstanında və Kataloniyadakı referendumdan sonra daha da ümidlənmiş görünürlər. İddialar var ki, Qərb, nəhayət, bu referendum “paradı”nda Dağlıq Qarabağ separatçılarına da “eyni gözlə” baxacaq. Halbuki dəfələrlə vurğuladığımız kimi, erməni xalqı öz müqəddəratını artıq təyin edib.

“Ermənilər çıxış yolları axtarırlar. Bu üzdən də Avropaya ümidləri çox böyükdür”. Bunu axar.az -a açıqlamasında politoloq, diplomat Fikrət Sadıqov bildirib. Lakin politoloq hesab edir ki, əgər Qərbə meyllənmələr fonunda İrəvan separatçı rejimə dəstək vermək fikrinə düşübsə və bu mənada Avropanın onlara kömək göstərəcəyinə ümid edirsə, yanılır. “Çünki Avropanın özündə çox güclü separatçılıq tendensiyaları baş qaldırıb. Ona görə aparıcı Avropa dövlətləri Ermənistanı heç vaxt bu məsələdə dəstəkləməyəcək. Çünki Qərb başa düşür ki, əks halda bu, domino effekti yarada bilər”, - deyə politoloq əlavə edib.

*****

Bütün hallarda artıq nəinki bölgədə, bütövlükdə dünyada proseslər yetərincə mürəkkəb bir ssenari üzrə inkişaf eləməyə başlayıb. Azərbaycanın bu prosesdən uduşlu çıxması üçün daha diqqətli olması və qardaş ölkə başqa olmaqla, böyük qonşuları ilə maksimum uzlaşmış siyasət yürütməsinin əhəmiyyəti artıb. Ən azından, Qarabağ və Güney məsələsinə görə. Çünki Qərbin (ABŞ-ın) “Orta Şərq” projesi çərçivəsində əsas hədəfləri sırasında İran da var.

Ərdoğanın bugünkü İran səfərinə həm də bu prizmadan baxıla bilər./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran və Türkiyə kürdlərə qarşı birləşir - GENERALLAR RAZILAŞDI

    İran və Türkiyə kürdlərə qarşı birləşir - ...

    15-09-2017, 11:18

  • 
  • Ərdoğanın Bakı və Tehrana kritik səfəri - əsas hədəf

    Ərdoğanın Bakı və Tehrana kritik səfəri - əsas ...

    29-08-2017, 12:30

  • 
  • Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə Şanxay beşliyinə üzv olur?

    Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə ...

    11-08-2016, 17:14

  • 
  • Bərazanini TİTRƏDƏCƏK “QURAN AYƏLİ” MESAJ

    Bərazanini TİTRƏDƏCƏK “QURAN AYƏLİ” MESAJ ...

    3-10-2017, 13:15

  • 
  • Türk prezident İranı “sındırdı”: fars-molla rejimini təhqir edib ayağı altına qırmızı xalı sərdirdi

    Türk prezident İranı “sındırdı”: fars-molla ...

    8-04-2015, 16:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu