Türkiyə Ordusunun başa qərargah rəisi Hulusi Akar İran Baş Qərargahında Şimali İraq referendumunu müzakirə edərkən mühüm bir detal diqqətdən yayınmadı.
İran Ordusuun Baş Qərargaında baş tutan toplantıda ekranlara diqqətləri cəlb edən çox önəmli bir mesaj yayımlanıb. Akarın iştirak etdiyi iclasda ekrana "Allah yolunda səfərə çıxmağın" əmr edildiyi Tövbə surəsinin 38 və 39-cu ayələri əks etdirilib.
GÜNDƏLİKDƏ ŞİMALİ İRAQA ƏMƏLİYYAT VAR
Türkiyə və İranın İKBY-nin müstəqillik referendumu sonrası Şimali İraqa qarşı birgə əməliyyat keçirməsi müzakirə olunurkən Türkiyə baş qərargah rəisi Hulusi Akar İrana getdi. Və bu səfər də bütün nəzərləri İran paytaxtına cəmlərkən, həm də diqqətlərə Şimali iraqa qarşı hərbi əməliyyatlar məsələsini diqqətlərə gətirdi.
TÖVBƏ SURƏSİNİN 38 VƏ 39-cu AYƏSİ EKRANLARDA Əks ETDİRİLDİ
İran Baş Qərargahında iki ölkənin qərargahları tərəfindən təşkil olunan toplantıda masa önündəki ekrana Tövbə surəsinin 38 və 39-cu ayələri və ayələrin Türk və Fars dillərində tərcümələri əks etdirilib. “ Allah yolunda səfərə çıxmağın" ƏMR edildiyi ayələrlə Şimali İraq böhranı ilə bağlı Bərzani hakimiyyətinə ciddi mesaj verildiyi önə çəkildi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?