Oktyabrın 3-də Zahirə Şirəliyeva 9 saylı Cəzaçəkmə Müəsissəsində 10 günlük cərimə kamerasında qaldıqdan sonra oğlu Cavid Şirəliyevlə görüşüb.
Zahirə Şirəliyeva görüşdən sonra oğluna işgəncələr verilməsi ilə bağlı Facebook-da (https://www.facebook.com/cavid.shireliyev.7?fref=ts) məlumat yayıb. Cavid Şirəliyev 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib. C.Şirəliyev 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Juranlist ittihamları qəbul etmir və həbsini sifariş hesab edir. “Oğlum karsdan çıxandan sonra səhhətində ciddi problemlər yaranıb. Bildiyiniz kimi 7gun.az saytının bas redaktoru, hüquq müdafiəcisi ve jurnalist Cavid Şirəliyev və Rüfət Səfərov aclıq aksiyası keçirmək istədiklərinə görə karsa salınıblar. 10 gun karsda olan müddətdə ağır işgəncələrə məruz qalıblar. Oğlum Cavidi asfalta yıxaraq əllərinə qandal vurulmuş vəziyyətdə təpik, dubinka ilə ürəkləri soyuyana qədər döyüblər. Cavidin şalvar-köynəyi cırıq-cırıq idi, paltarlari hal-hazirda məndədir. Əllərini və ayaqlarını dəmir çarpayıya qandallayaraq 3 saatdan çox saxlayıblar. Mənimlə olan müddətdə vəziyyəti çox pis idi. Heç nə yemir, həkim müayinəsinə ehtiyacı var. 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi oğlumu Qobustan həbsxanasına göndərməklə hədələyir. Cavid ozü ictimaiyyətə müraciət ünvanlamışdı, təəssüf ki, həmin müraciəti oğlumun əlindən aldılar və bizi cəzaçəkmə müəssisəsinin rəhbərliyinin yanına apardılar”, müraciətdə qeyd edilir. “Mən Cavid Sirəliyevin anasi olaraq bütün cəmiyyəti və hüquq müdafiəçilərini oğluma dəstək olmağa çağırıram”, ana qeyd edir. Öz növbəsində Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində işgəncə ilə bağlı söylənilənləri bu gün təkzib edib. Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov "Rüfət Səfərova və ya digər hər hansı şəxsə işgəncə verilməsinin mümkünsüz" olduğunu bildirib. Karserə salınmasına gəlincə, M.Sadıqovun sözlərinə görə, mühakimə olunmuş şəxs və ya onun vəkili bu qərardan məhkəməyə şikayət verə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?