Məhkəmə dini fəalı 1 il müddətinə azadlıqdan məhrum edib
Dünən Nəsimi Rayon Məhkəməsində ilahiyyatçı Cavid Məmmədova hökm oxunub. Vəkil Cavad Cavadovun “Media forum” saytına verdiyi məlumata görə, məhkəmə dini fəalı 1 il müddətinə azadlıqdan məhrum edib: “Dövlət ittihamçısı Cavid Məmmədovun 2 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi. Vəkillər isə bəraət tələb edirdi. Məhkəmə 1 il iş kəsdi”. Cavid Məmmədovu ötən il oktyabrın 17-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tutub. İlahiyyatçı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.
Sorğu
Yeni dizaynımız necədir?