Rusiya UNESCO-nun baş direktoru postuna Azərbaycanın namizədi, Moskvadakı səfirimiz Polad Bülbüloğlunun namizədliyini dəstəkləyəcək.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib.
“Azərbaycanın namizədi bizim prioritetimiz olaraq qalır”, - deyə o bildirib.
Moskvanın bu dəstəyi Ermənistanı qıcıqlandırır. Rəsmi İrəvan heç nə edə bilməsə də, bir qrup erməni QHT-si BMT baş katibinə müraciət edərək, Bülbüloğlunun namizədliyinə qarşı çıxdı. Lakin bunun nəticəyə hər-hansı təsir edəcəyi gözlənilmir.
Erməni siyasi şərhçi Tevos Arşakyan isə “Rusiya Ermənistanı Bülbüloğluna satdı” deyə yazır.
“Oktyabrın 5-də parlament Rusiya-Ermənistan vahid qoşun qruplaşması haqda razılaşmanı ratifikasiya etdi və Ermənistanın müstəqilliyinin son qalıqları da itirildi. Bu, erməni ordusunun Rusiya tərəfindən idarə edilməsi və Moskvanın istədiyi vaxt Ermənistanın daxili işlərinə müdaxiləsi deməkdir. Maraqlıdır ki, Gennadi Qatilovun açıqlaması bu razılaşmanın ratifikasiya edilməsindən bir neçə saat öncə yayılmışdı. Bu onu göstərir ki, Rusiya bu razılaşmanın təsdiqlənəcəyini onsuz da bilirdi. Çünki rus agentlər erməni hakimiyyətinin bütün eşelonlarını işğal edib və Ermənistan artıq rusların cibindədir. Buna görə də Rusiya heç nədən narahat olmur”, - deyə o, Sarkisyan hakimiyyətini tənqid edib.[/h5]
Sorğu
Yeni dizaynımız necədir?