“Azərbaycan” kinoteatrında keçirilən tədbirdə Rusiya, Çin və Azərbaycan arasında memorandum imzalanıb.
Memoranduma əsasən, üç ölkənin nümayəndələri müştərək olaraq rejissor Vaqif Mustafayevin ssenarisi əsasında film çəkəcək. Məsələ ilə bağlı danışan Vaqif Mustafayev filmin “Kambey” adlandığını deyib, lakin təfərrüatları barədə məlumat verməyib. Vaqif Mustafayev eyni zamanda Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Hon-Konq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib. Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib. Qeyd edək ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Amaliya Pənahova, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Orxan Fikrətoğlu, əcnəbi qonaqlar və başqa tanınmışlar iştirak ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?