GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Əbülfəz Qarayevin müavinləri qarşıdurmada

Əbülfəz Qarayevin müavinləri qarşıdurmada

Tarix: 21-12-2012, 12:36 Bölmə :Maraqlı Baxış: 854
Əbülfəz Qarayevin müavinləri qarşıdurmada
Nazir müavinləri Vaqif Əliyevlə Ədalət Vəliyev səlahiyyət davasına başlayıb

gundemxeber.az Mədəniyyət və Turizm Nazirliyində səlahiyyət məsələsində ciddi narazılıq düşüb. Nazir müavinləri Vaqif Əliyevlə Ədalət Vəliyev arasında yaşanan gərginlik artıq pik həddə çatıb.
Bu barədə qəzetimizə daxil olan məlumatda deyilir ki, bir müddət əvvəl müavin təyin olunan Vaqif Əliyev təkbaşına hərəkət edərək, bir sıra mədəniyyət layihələrini həyata keçirmək istəyir. Nazir Əbülfəz Qarayevin yaxın adamı olaraq tanınan Əliyevin belə hərəkətləri isə digər müavin Ədalət Vəliyevin ürəyincə deyil. Elə bu səbəbdən də tərəflər arasında ciddi narazılıq yaranıb.
Məlumatda vurğulanır ki, Vəliyev əvvəllər bütün işləri özü həyata keçirməklə, həm nazirliyin daxilində böyük fiqura çevrilmişdi, həm də səlahiyyətləri əlində cəmləmişdi. Eyni zamanda, onun icazəsi olmadan kimsə bir addım kənara ata bilmirdi. Hətta ən kiçik işlər belə onunla məsləhətləşildikdən sonra reallaşdırılırdı. Lakin Vaqif Əliyev təyinat aldıqdan sonra vəziyyət tamamilə dəyişməyə başlayıb və bu da yekunda narazılığa səbəb olub.
Məlumata görə, Ədalət Vəliyev bir sıra dövlət tədbirlərini həyata keçirmək missiyasını üzərinə götürüb. Həmin tədbirlərin reallaşdırılması üçün iştirakçı kimi Vaqif Əliyevin də adı siyahıda olsa da, onun adını oradan çıxarıb. Bununla bağlı nazirlə söhbət aparan müavin Qarayevin diqqətinə çatdırıb ki, əvvəlki statusu dəyişməməlidir. Lakin özünün yaxın adamı olan Vaqif Əliyevi Ədalət Vəliyevin ayağına vermək istəməyən nazir mümkün qədər ehtiyatlı davranmağa çalışır. Belə ki, o, dövlət tədbirlərinin təşkilində Vaqif Əliyevin də adının olması üçün çalışır.
Mənbənin bildirdiyinə gorə, nazirin bu cür hərəkətləri də müavininin ürəyincə deyil. Hələlik Qarayevin hərəkətlərinə göz yuman Vəliyev səsini çıxarmır. Amma bu şəkildə davam edərsə, günlərin birində müavinlə nazir arasında da ciddi narazılığın baş qaldıracağı qaçılmaz hesab olunur. Bildirilir ki, Ədalət Vəliyev indiyə qədər əldə etdiyi bütün mövqeləri əlində saxlamaq üçün hətta yuxarı dairələrlə də danışıqlar aparır. Hətta belə məlumatlar da var ki, o, təkcə Vaqif Əliyev haqqında deyil, həmçinin nazir Əbülfəz Qarayev barəsində də yuxarı dairələrdə mənfi fikrin formalaşması üçün cəhdlər edir.
Qeyd edək ki, Ədalət Vəliyev uzun illərdir Mədəniyyət və Turizm Nazirliyində müavin postunda çalışır. Bu illər ərzində bütün sirlərə vaqif olan bu şəxsin rıçaqları da həddindən artıq çoxdur. Bütün tədbirləri birbaşa özü həyata keçirdiyi üçün hakimiyyət dairələri tərəfindən təqdir olunan nazir müavininin bundan sonrakı mərhələdə əvvəlki mövqelərini əlində saxlaması isə çətin iş kimi görünür. Ona görə ki, artıq onun səlahiyyətlərinə Vaqif Əliyev də şərik olmağa başlayıb. O, Vaqif Əliyev ki, hakimiyyətin ən yüksək təbəqələrində geniş əlaqələrə malikdir və nazir müavini olaraq özünü ciddi şəkildə doğrultmağa çalışır.
Hadisələrin bu şəkildə davam etməsi isə Mədəniyyət və Turizm Nazirliyində ciddi konfliktlərin baş qaldıracağından da xəbər verir. Çünki iki nazir müavininin bir biri ilə yola getməməsi, nəticə etibarı ilə toqquşmaları qaçılmaz edəcək. Bu prosesdən müavinlərdən hansı birinin qalib çıxacağı isə hələlik məlum deyil.

Şamil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artisti İlham Əsgərovla vida mərasimi başa çatıb, cənazə Masallıya yola salınıb

    Xalq artisti İlham Əsgərovla vida mərasimi başa ...

    7-09-2015, 17:28

  • 
  • Əbülfəz Qarayevin adamının işğal mədəniyyəti talanı

    Əbülfəz Qarayevin adamının işğal mədəniyyəti ...

    19-05-2014, 10:50

  • 
  • Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

    Siyavuş Novruzov nazir müavini təyin ediləcək? ...

    30-08-2014, 11:18

  • 
  • Əbülfəz Qarayevin Bərdədəki adamından ŞİKAYƏT

    Əbülfəz Qarayevin Bərdədəki adamından ŞİKAYƏT ...

    25-04-2014, 11:21

  • 
  • Əhəd Abıyev sürücüsünü müavin etdikdən sonra ona medal verdirib – FAKTLAR

    Əhəd Abıyev sürücüsünü müavin etdikdən sonra ona ...

    29-04-2016, 17:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu