Kinorejissor Vaqif Mustafayev Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev barədə yeni film çəkir. Filmin adı “İnsanları xilas etmək”dir. filmin çəkilişi üçün Rusiyadan, Şimali Qafqaz Dəmiryolları Tarix Muzeyindən xüsusi olaraq Azərbaycana qədim teplovoz da gətirilib. Bu barədə muzeyin direktoru Vladimir Burakov yazıb.
V.Burakovun yazdığına görə muzeydən filmin çəkilişində istifadə etmək üçün parovozu Azərbaycan Prezidenti Administrasiyasından xahiş ediblər. ER-797-15 seriyasından olan parovoz xüsusi olaraq Rusiyadan Azərbaycana, Qaradağ stansiyasına gətirilib. Parovozu dartıb gətirmək üçün Azərbaycan tərəfi Şimali Qafqaza xüsusi qoşqu da göndərib. Parovozun filmdə çəkilməsi onunla bağlıdır ki, Heydər Əliyevin atası vaxtilə Zaqafqaziya Dəmiryollarında işləmişdi.
Filmdə baş rolu rusiyalı aktyor Proxor Dubrovin oynayıb. Parovozun maşinist köməkçisi rolunu isə Şimali Qafqaz dəmiryollarının lokomotivçisi Nikolay Bezqotovka oynayıb. Bildirilir ki, filmin çəkilişi ilə bağlı qrafik tez-tez dəyişib və yalnız 2013-cü ilin sentyabrında məlum olub ki, ilin sonuna qədər bütün səhnələri çəkib başa çatdırmaq lazımdır. Həmin vaxta qədər Azərbaycan dəmiryolçuları müstəqil şəkildə üç vaqon və bir ikioxlu platforma əldə ediblər. Söhbət ötən əsrin əvvəllərinə aid vaqonlardan və platformadan gedir. Çünki kinorejissor köhnə sərnişin vaqonlarından ibarət qatarın platformaya daxil olmasını səhnəsini çəkmək istəyirdi.
Şimali Qafqaz dəmiryolları ilə əldə edilmiş razılaşmaya əsasən muzeydən götürülən parovoz Tixoretsk stansiyasından yola çıxıb və vaxtında Biləcəri deposuna çatıb. Baş maşinist azərbaycanlı Bəbiroğlu Bəybalayev olub. Çəkilişin yarısında məlum olub ki, parovozun yanacağı-Mahaçqaladan götürülmüş daş kömür qurtarır. Azərbaycan dəmiryolçularında isə müvafiq yanacaq növü olmayıb. Nəticədə stansiyadan köhnə ağac şpalları söküb doğramaq lazım gəlib. Məhz bu yanacaq sayəsində parovoz geri qayıda bilib və Dərbənddə kömrük rəsmiləşməsindən keçib.
Muzey direktorunun yazdığına görə bu təcrübə göstərib ki, parovozları uzaq məsafəyə göndərmək üçün daha yaxşı hazırlaşmaq lazım idi. Belə ki, parovozu gətirən briqada üç həftə ərzində parovoz budkasında qalmalı olub, onların dincəlməyə ancaq bir çarpayıları var idi. Yuyunmaq, sanitar-gigeyena qaydalarına əməl etmək üçün isə heç bir şərait olmayıb. Buna baxmayaraq parovoz yolda bir dəfə də olsun xarab olmayıb və filmdə həmin səhnənin çəkilişi uğurla başa çatıb. Azərbaycan tərəfi rusiyalı maşinistlərə ürəkdən təşəkkür ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?