GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vergilər Nazirliyi Turanın iddasına məhkəmə baxışını yubatmağa çalışır

Vergilər Nazirliyi Turanın iddasına məhkəmə baxışını yubatmağa çalışır

Tarix: 11-10-2017, 18:23 Bölmə :Cəmiyyət Baxış: 538
Vergilər Nazirliyi Turanın iddasına məhkəmə baxışını yubatmağa çalışır


Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Müseyib Bayramovun sədrliyi ilə Turan agentliyinin Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinə və Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamentinə qarşı iddiaları üzrə dinləmələr keçirilib.

Agentlik 7 avqust tarixli 2014-2016-cı illər üçün əlavə vergi borcunun hesablanması haqqında qərarın ləğvini, habelə agentlikdə növbədənkənar səyyar vergi yoxlaması haqqında qərarın qanunsuz və etibarsız hesab olunmasını xahiş edirdi.
Amma agentliyin iddianı verdiyi tarixdən təxminən bir ay sonra, sentyabrın 11-də Lokal Vergilər Departamenti 7 avqust tarixli vergi hesablanması haqqında qərarlarını ləğv edib, amma bu, həmin departamentin sentyabrın 15-də yenidən agentliyin eyni ölçüdə eyni vergi borcunu hesablamasına mane olmayıb.
Bu departamentin nümayəndələri 7 avqust tarixli qərarların sentyabrın 11-də ləğvi ilə əlaqədar işə xitam verilməsi barədə vəsatət qaldırıblar, buna cavab olaraq agentlik 7 avqust qərarlarının faktiki olaraq ləğv edilmədiyini, eyni məbləğin 7 avqust tarixli qərardan 15 sentyabr tarixli qərara köçürüldüyünü qeyd edib.
Vergi Cinayətlərinin İbtidari Araşdırması Departamentinin nümayəndəsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın etibarsız hesab olunması haqqında iddianın yolverilməz olduğu barədə vəsatət qaldırıb. O, öz tələbini bu cür yoxlamalar haqqında qərarların inzibati akt olmaması və onlardan şikayət verilə bilməməsi ilə əsaslandırmağa çalışıb.
Amma Turan-ın nümayəndəsi Fuad Ağayev buna etiraz edərək, səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərarın özündə 30 gün ərzində məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulur.
Fuad Ağayev həmçinin Vergilər Nazirliyinin 07 sentyabr 2016-cı il tarixində təsdiq edilmiş və 23 sentyabr 2016-cı il tarixində Dövlət Normativ Aktlar Reyestrinə daxil edilmiş Səyyar Vergi Yoxlamalarının Həyata Keçirilməsi Qaydalarına istinad edərək, bu qaydaların 2 saylı əlavəsini, daha dəqiq isə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərar formasını göstərib. Bu formanın 4-cü bəndində vergi ödəyicisinin şikayət hüququ yer alır.
Məhkəmə Turan agentliyində növbədənkənar vergi yoxlaması haqqında qərarın qanuniliyi və etibarlılığı haqqında məsələyə baxılmasını 13 oktyabr saat 11.55-ə keçirib, ikinci iş isə dekabrın 5-nə qədər təxirə salınıb.
Turan Vergilər Nazirliyinin əməllərini agentliyin və onun direktoru Mehman Əliyevin cinayət təqibinin uzadılması və kollektivin jurnalist fəaliyyətinə maneə yaradılması üçün qərəzli addımlar kimi qiymətləndirir.
* Lokal Vergilər Departamenti mayda Turan agentliyinə qarşı 2016-cı il üçün 5 min manat ölçüsündə cəza təyin edib. Amma Turan-ın inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yuxarı instansiyası araşdırma apardıqdan sonra, iyunun 30-da bu qərarı ləğv edib. Sonradan, avqustun 7-də elə həmin departament 2016-cı il üçün bu dəfə 9 min manat, 2014-2016-cı illər üçün isə 37 min manat vergi hesablayıb. Agentliyə qarşı cinayət işi açılıb.
Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Amma sentyabrın 11-də o, Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib./muxaifet.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyi Turan agentliyinin şikayətini məhkəməyə verib

    Vergilər Nazirliyi Turan agentliyinin şikayətini ...

    20-09-2017, 17:30

  • 
  • Turan agentliyinə cinayət işi açılıb

    Turan agentliyinə cinayət işi açılıb ...

    10-08-2017, 15:27

  • 
  • “Turan” agentliyinin hesabları yenidən donduruldu

    “Turan” agentliyinin hesabları yenidən donduruldu ...

    5-10-2017, 11:47

  • 
  • ​VERGİLƏR NAZİRLİYİNDƏN ŞOK QƏRAR - “Turan”a qarşı sanksiya bərpa olundu!

    ​VERGİLƏR NAZİRLİYİNDƏN ŞOK QƏRAR - “Turan”a ...

    19-09-2017, 13:14

  • 
  • “Turan”a qarşı cinayət işi LƏĞV OLUNDU

    “Turan”a qarşı cinayət işi LƏĞV OLUNDU ...

    18-09-2017, 18:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu