GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » NAXÇIVANIN SABİQ DAXİLİ İŞLƏR NAZİRİ GÜC NÜMAYİŞİNƏ BAŞLADI – JURNALİSTLƏR MƏHKƏMƏYƏ VERİLDİ

NAXÇIVANIN SABİQ DAXİLİ İŞLƏR NAZİRİ GÜC NÜMAYİŞİNƏ BAŞLADI – JURNALİSTLƏR MƏHKƏMƏYƏ VERİLDİ

Tarix: 13-10-2017, 19:00 Bölmə :Cəmiyyət Baxış: 466
NAXÇIVANIN SABİQ DAXİLİ İŞLƏR NAZİRİ GÜC NÜMAYİŞİNƏ BAŞLADI – JURNALİSTLƏR MƏHKƏMƏYƏ VERİLDİ


Bu gün Bakının Nizami rayon məhkəməsində Azinforum.az və Ovqat.com saytlarına qarşı qaldırılmış məhkəmə prosesi başlayıb. Qeyd edək ki, cavabdeh sayt kimi prosesə cəlb olunmağımız haqda bizə hər hansı bir bildiriş və ya zəng edilməyib. Bu səbəbdən də, Azinforum.az saytının rəhbərliyi belə bir prosesin baş tutduğu barədə tam məlumatsız olub.

Azinforum.az baş verən proseslərdən yalnız Ovqat.com-un baş redaktoru Heydər Oğuz vasitəsilə xəbər tuta bilib. Baş redaktorun bizə verdiyi məlumata görə, iddia ərizəsi Elnur Nuriyev adlı hakimin icraatındadır:

“Məhkəmə iclasında cavabdeh tərəf qismində yalnız mən dəvət olunmuşdum. Elə orda mənə məlum oldu ki, Azinforum.az-ı da bizə istinadən həmin məqaləni tirajladığına görə, prosesə cəlb ediblər. Mən hakimin diqqətinə qanunvericiliyin tələblərini çatdırdım və bildirdim ki, məqaləni istinadla yayan sayt heç bir məsuliyyət daşımır”.

Heydər Oğuzun sözlərinə görə, o, saytımızın cababdeh qismində prosesə cəlb edilməsinə etirazını bildirib. Şair-publisistin bu iradı həm hakim, həm də iddiaçının vəkili tərəfindən haqlı olaraq qəbul edilib. Hakim vəkilə iddianı yenidən işləyib məhkəməyə təqdim etməyi tapşırıb. Məhkəmə prosesi gələn ayın 7-ə qədər təxirə salınıb.

Heydər Oğuz Azinforum.az-a bildirib ki, iddiaçı Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır: ” Biz “Naxçıvanın sabiq daxili işlər naziri və qardaşı türk iş adamına necə fırıldaq gəlib” sərlövhəli məqaləyə görə məhkəməyə verilmişik. Məqalədə bütün iddialar türk iş adamı Osman Gezekerə aiddir və mən onun sənədlərlə təsdiqlədiyi fikirlərini qələmə almışam. Amma nədənsə, Əvəz Əhmədov iddia irəli sürəni yox, onu qələmə alan jurnalisti məhkəməyə verir”.

Heydər Oğuz yazının üzərindən bir neçə ay keçəndən sonra məhkəməyə çəkilməsini təsadüfi saymır. Onun fikrincə, beynəlxalq qurumlar tərəfindən Azərbaycan hakimiyyətinin söz azadlığına görə dalana sıxışdırıldığı bir zamanda ciddi hüquqi əsaslardan olmadığı məhkəmə prosesinin başlaması bulanıq suda balıq tutmağa oxşayır: “

Görünür, xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən uzaqlaşdırılan Əhməd Əhmədov öz qardaşı vasitəsilə Azərbaycan hökumətini beynəlxalq qurumlar qarşısında çətin vəziyyətə salmaq və bundan yararlanaraq yenidən itirdiyi vəzifəyə qayıtmaq istəyir. Bir növ, Azərbaycan hakimiyyətini şantaj etməyə cəhd göstərir. Əks halda, iddiaçı tərəf bir kənarda qaldığı halda mətbuat nümayəndəsinin məhşər ayağına çəkilməsi başqa heç bir arqumentlə əsaslandırıla bilməz”.

Heydər Oğuzun fikrincə, yəqin ki, Əhməd Əhmədov və onun qardaşı bu gücü azadlıqda qala bilmələri kimi amillərdən alırlar:

“Haqqında ağlasığmaz ittihamlar irəli sürülən nazir azadlıqda qalmağı bacardıqdan sonra, yəqin ki, bu cür üsullarla reabilitasiya olunmağı düşün. Ümid edirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları və hakimiyyəti bu “cəsarəti” layiqincə qiymətləndirəcək və lazımi tədbirlər görəcək”.

Azinforum.az İnformasiya Portalının baş redaktoru Məhəmmədəli Qəribli də bu hadisədən təəccübləndiyini dedi: ” Bizim belə bir iddianın olması barədə heç bir məlumatımız olmayıb. Yəni bu haqda bizə hər hansı bir məktub və ya bildiriş göndərilməyib. Biz kifayət qədər ciddi işlərdə çalışmış bir türk iş adamının müsahibəsini Ovqat.com-a istinadən vermişik. Ən maraqlısı isə budur ki, iddia ərizəsində Əvəz Əhmədovun bizdən istədiyi təzminatın məbləği müsahibəni ilkin mənbə kimi yayan saytdan çoxdur. Biz internet üzərindən kiçik bir araşdırma apardıq. Məlum oldu ki, həmin müsahibəni 20-yə yaxın sayt tirajlayıb. Ancaq göründüyü kimi, məhkəməyə ilkin mənbə və biz verilmişik. Əslində, mən bunun səbəbini bilirəm. Çünki həmin yazılardan sonra, Əhmədovlar müxtəlif vasitələrlə mənimlə əlaqə yaratmağa can atdılar. Maraqlıdır ki, onlar səslənən iddiaların təkzib edilməsini və ya mövqelərinin verilməsini deyil, yalnız məqalənin silinməsini istəyirdilər. Hətta bunun müqabilində bizə müxtəlif şirnikləşdirici vədlər belə verdilər. Təbiidir ki, biz həmin təkliflərin hamısını rədd etdik. Ən maraqlısı isə budur ki, bir müddət sonra müsahibədə Əhmədovlar barəsində sərt ittihamlar səsləndirən türk iş adamının da həmin müsahibənin saytdan çıxarılması fikirinə düşdüyünü öyrənə bildik. Düzdür, Osman bəyin şəxsən özü bizimlə danışmayıb, ancaq onun adından belə xahişdə bulunanlar oldu. Sonradan biz gördük ki, müsahibənin həmin hissəsi Ovqat.com saytından da silinib. Əgər bu fakt Osman bəyin etirazına səbəb olsaydı, təbiidir ki, Heydər Oğuza ilk etirazı məhz o bildirərdi. Ancaq biz həmin hadisədən sonra onun müsahibəsinin davamının da silsilə şəklində Ovqat.com-da getdiyini gördük. Yəqin məsələnin məhz bu aspektilə bağlı türk iş adamı ilə Əhmədovlar arasında razılaşma olub ki, onlar məhkəməyə fikirlərin müəllifini deyil, jurnalistləri verirlər. Mən əslən Şərur rayonudanam. İddianın müəllifi ilə eyni rayondanıq. Bu səbəbdən də onu gözəl tanıyıram. Yaxşı olar ki, Əvəz Əhmədov belə iddialara düşməzdən əvvəl, özünə bir sual edərdi ki, Bakı şəhərində dəyəri 10 milyonlarla ölçülən varidada necə sahib olub? Sabunçu qəsəbəsindəki sauna və restoran, Babək prospektindəki böyük “prafilaktoriya”, ASAN xidmətə fantastik qiymətə icarəyə verilən obyekt onun biznes imperiyasının cüzi hissəsidir. Təbiidir ki, Əvəz Əhmədov bütün bu pulları qardaşı Əhməd Əhmədovun nazir işlədiyi dönəmdə qazanıb. Necə qazandığı barədə isə bizdən yaxşı məlumata malik olan yoxdur. Ümidvarıq ki, bizimlə bağlı edilən hüquqi yalnışlıq aradan qaldırılacaq. Əks halda, biz daha effektiv müdafiə tədibrlərinin qurulmasına əl atmalı olacayıq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ANS-in saytlara qarşı ilk məhkəmə prosesi keçirildi

    ANS-in saytlara qarşı ilk məhkəmə prosesi ...

    24-02-2014, 13:29

  • 
  • Azərbaycan Beynəlxalq Bankı məhkəməyə verildi

    Azərbaycan Beynəlxalq Bankı məhkəməyə verildi ...

    11-06-2016, 14:01

  • 
  • Yeni tikilini sökdülər, amma Maliyyə Nazirliyini ittiham edirlər

    Yeni tikilini sökdülər, amma Maliyyə Nazirliyini ...

    2-07-2017, 15:47

  • 
  • Tanınmış boksçunun tərəfdarları baş redaktoru hədələyir…

    Tanınmış boksçunun tərəfdarları baş redaktoru ...

    27-01-2016, 20:32

  • 
  • Prokurorluq Heydər Həşimova xəbərdarlıq etdi

    Prokurorluq Heydər Həşimova xəbərdarlıq etdi ...

    27-09-2017, 16:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu