Bu gün Yasamal Rayon Məhkəməsində ANS-in saytlara qaldırdığı iddiaya əsasən ilk məhkəmə prosesi keçirilib. Bugünkü məhkəmədə qarşı tərəf qismində İnterpress.az saytı iştirak etməli olsa da, sayt rəhbərliyi məhkəmədə iştirakdan imtina edib.
İnterpress.az saytının baş redaktoru İlham Sərxanlının AzNews.az-a açıqlamasında imtinaya səbəb kimi ANS-in iddiaları barədə xəbərsiz olduqlarını göstərib:
“ANS-in iddiası ilə bağlı bizdə hər-hansı sənəd yoxdur. Bu gün biz iddiaçı tərəfin ərizəsini alacağıq və qarşı tərəfin iddiası ilə tanış olub, gələn məhkəmədə iştirak edəcəyik”.
Xatırladaq ki, ANS TV işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı iddiası ilə bu saytları məhkəməyə verdiyi barədə məlumat yayıb:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?