GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dezinformasiya? – Yoxsa düz informasiya?

Dezinformasiya? – Yoxsa düz informasiya?

Tarix: 25-10-2017, 18:55 Bölmə :Cəmiyyət Baxış: 759
Dezinformasiya? – Yoxsa düz informasiya?


Mənim dərc edilən “Təhsil Nazirliyindən daha bir dezinformasiya” adlı yazım mətbuatda geniş müzakirələrə səbəb oldu.

Müzakirələr zamanı göstərilən problemləri qınayanlarda oldu, bu problemləri başqa istiqamətə yozmaq istəyənlərdə. Bu məsələdə heç kimi qınamıram hər kəs hər hansı bir məsələyə münasibət bildirməkdə azaddır. Lakin, ərazisinin 20% işğal altında olan bir ölkənin sakinləri bilməlidirlər ki, onun ziyalılarının səsləndirdikləri hər hansı bir məlumat, böyük qlobal ideoloji mübarizədə üzərimizə hücum üçün düşmənə fürsət yaradırlar.
Bu yazıda hansısa bir məmur özbaşınalığı tənqid olunmur və ya hansısa bir məmur və ya məmurların fəaliyyətləri təhlil olunmur. Yazının yazılmasında əsas məqsəd: təhsil müəsisələrində tətbiq olunan metodiki vəsaitlərdə (fərqi yoxdur kimlər tərəfindən hazırlanıb) Azərbaycan həqiqətlərinin təhrif edilməsini ictimai müzakirəyə çıxararaq problemin həllinə nail olmaq olmuşdur.
Mənim düşüncəmə görə indiki həssas zamanda daxili auditoriyalarda Azərbaycan həqiqətlərinin təhrif edilmiş qaydada təbliğ edilməsi, cəmiyyətdə çaşqınlıq yaradılmasına və Azərbaycan dövlətçiliyinin daxildən sarsıdılmasına və gözdən salınmasına xidmət edir. Odur ki ziyalı bu cür məsələlərə yüksək həssaslıqla yanaşmalıdır. Hər hansı bir problemə münasibət bildirmək istəyən tədqiqatçı, alim və ya jurnalist obyektiv olmalı, problemi hərtərəfli təhlil etməlidir. Narahatlıq yaradan səbəbləri araşdırıb üzə çıxarmalı və sonda öz arqumentləri ilə əsaslandıraraq təhlil aparmalıdır.
Mənim yazıma ilk reaksiya, sabiq mühəndis-konstruktor, hal-hazırda jurnalist fəaliyyəti ilə məşğul olan Rəhman Orxandan gəldi. Rəhman müəllim "Dezinformasiya" və düz informasiya...” adlı yazısına belə başlayır: “Dərsliklərlə bağlı müzakirələrə qoşulmaq istəməsəm də, İnsan Hüquqları İnstitutunun əməkdaşı, Respublika Memarlar İttifaqının üzvü, Azərbaycan "Abidələri Mühafizə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılovun dünən "Müəllimin proqram dəftəri" ilə bağlı bəzi iradları ilə tanış olduqdan sonra buna məcbur oldum...”
Hörmətli Rəhman müəllim bir az diqqətli olsaydı anlayardı ki, mənim söhbət açdığım mövzu dərs vəsaitindən bəhs etmir, özünün də qeyd etdiyi kimi burada söhbət "Müəllimin proqram dəftəri"-indən yəni müəllimlər və sinif rəhbərlərinin istifadəsi üçün nəzərdə tutulan (dəftərdən) metodiki vəsaitdən gedir. Dəftəri dərsliklə səhv salan Rəhman müəllimi sən demə məsələyə münasibət bildirməyə məcbur edən səbəb işğal altındakı rayonların ərazilərini yuvarlaq rəqəmlərlə göstərməməyim olub.
Rəhman müəllim əslində işğal altındakı rayon və şəhərlərin ərazilərinin ölçülərini müzakirəyə çevirməklə diqqəti bilərəkdən problemin mahiyyətindən yayındırmağa çalışır. Müəllif daha sonra yazır: “O, rayonların sahəsinin həmin proqramda guya təhrif edildiyini, azaldıldığını qeyd edir. Lakin bu iddianın nə dərəcədə düz olub-olmadığına heç olmasa özünün inanması üçün gərək o "dəlilləri" ən azı 6-7-ci sinif şagirdlərindən birinə göstərəydi ki, səhv edib-etmədiyini biləydi. O bildirir ki, proqramda Xankəndi şəhərinin sahəsi "təhrif edilərək" 8 km² əvəzinə 0,008 min km², Xocalı rayonunun sahəsi 936 km² əvəzinə azaldılaraq 0,97 min km², Şuşa rayonunun sahəsi 289 km² əvəzinə 0,29 min km², Laçın rayonunun - 1.840 km² əvəzinə 1,84 min km², Xocavəndin - 1458 km² əvəzinə 1,46 min km², Ağdamın - 1154 km² əvəzinə 1,15 min km², Cəbrayılın - 1049.8 km² əvəzinə 1,05 min km², Füzulinin - 1386 km² əvəzinə 1,39 min km², Zəngilanın - 707 km² əvəzinə 0,71 min km² göstərilmişdir”.
Rəhman müəllim məni riyaziyyatı hətta 6-7-ci sinif həcmində bilməməkdə suçlandırır, amma o, Xankəndi şəhərindəki 30 min eksponatı olan tarix diyarşunaslıq muzeyinin və şəkil qalareyasının proqrama salınmadığını, Xocalı rayonununda 53 şəhər, qəsəbə və kəndləri, 242 tarix və mədəniyyət abidəsini siyahıda göstərilməməsini, Laçın rayonunda mövcud 127 şəhər kənd və qəsəbənin sayını azaldaraq 36 və 400 tarix və mədəniyyət abidəsinin sayını azaldaraq 12- göstərilməsini, Xocavənd rayonunda kənd və qəsəbələrin sayını 84-dən 19-a, abidələrin
sayının 310-dan 15-ə endirilməsini, Cəbrayıl rayonunda əhalinin sayını 76600 nəfərdən, 62,1 nəfərə endirilməsini, 97 inzibati yaşayış məntəqələrinin sayını 91-ə edirilməsini, abidələrin sayını 93-dən 27-yə endirilməsini, Füzuli rayonunda 77 kənd və qəsəbələrin sayının 55-ə endirilməsini, 71 tarixi abidənin sayının 15-ə endirilməsini, Zəngilan rayonunda 42707 nəfər əhalinin sayını azaldaraq , 36,1-ə abidələrin sayını 56-dan 13-ə endirilməsinə münasibət bildirmir. Niyə? Niyə bu məlumatları “düz” informasiya hesab edir?
Rəhman müəllim daha sonra yazır: “Faiq müəllim o iddiasında da tamamilə səhv edir ki, guya Kəlbəcər rayonunun ərazisi 3,05 min km² (yəni - 3050 km²) yox, 1936 km²-dir. Başa dümək olmur ki, rayonların ərazi sahələrinin proqramda guya az göstərildiyini iddia edərək, nəyə görə özü Kəlbəcərin ərazisini 1000 km²-dən də çox azaltmışdır (bax: Vikipediya, Kəlbəcər)?”
Mən Kəlbəcərin ərazisinin ölçüsünü Azərbaycan Dövlət Statistika Komitəsinin 2013-cü il məlumatına əsasən 1936 km² göstərmişəm, bu məlumat sabiq mühəndis-konstruktoru nədən qane etmədiyini anlaya bilmədim. Sabiq mühəndis belə mübahisəli məsələlərdə niyə rayon İcra Hakimiyyətinin məlumatına deyil, Vikipediyaya istinad etməsi də başa düşülən deyil.
Mən bir daha qeyd edirəm, təhsil müəsisələri üçün çap edilən tədris vasitələrində, metodiki tövsiyyələrdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi, çap prosesi zamanı buraxılan “texniki
səhv” anlamına gəlməməlidir. Bu fəaliyyət Azərbaycan Dövlətçiliyini gözdən salmaq, Azərbaycan həqiqətlərini təhrif etmək üçün məqsədli şəkildə dezinformasiya yayılması kimi qiymətləndirilməli və bu işlərə cavabdeh olan şəxslər və onların havadarları məsuliyyət daşımalı və cavab verməlidirlər.

Dezinformasiya? – Yoxsa düz informasiya?
Dezinformasiya? – Yoxsa düz informasiya?


Faiq İsmayılov.
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mirşahin Ağayev xanımı ilə bağlı dezinformasiya yayanları məhkəməyə verir

    Mirşahin Ağayev xanımı ilə bağlı dezinformasiya ...

    9-06-2016, 16:39

  • 
  • Daha iki iri məmur quda oldu

    Daha iki iri məmur quda oldu ...

    10-09-2013, 14:29

  • 
  • İranlı generalın açıqlamasını dezinformasiya adlandırdılar

    İranlı generalın açıqlamasını dezinformasiya ...

    2-12-2013, 17:51

  • 
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    26-02-2014, 10:58

  • 
  • Gülənin Bakıdakı əsas adamından Ərdoğana etiraz

    Gülənin Bakıdakı əsas adamından Ərdoğana etiraz ...

    6-04-2014, 14:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu