Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında 10 yaşlı uşağın ayağındakı damarı çıxarıb qoluna köçürüblər.
gundemxeber.az Publika.az-a istinadla bildirir ki, Klinikanın ortopediya və travmatologiya şöbəsin müdiri, həmçinin kafedranın assistenti Cəfər Nəsirli əməliyyat edilən uşaq yıxıldığından klinikaya sol qolunda bazu sümüyünün suprakondilər fəsadlı sınığı ilə müraciət ediblər: “Müayinə zamanı artıq periferik nəbzlərin alınmadığını gördükdə xəstəni təcili əməliyyata apardıq. Əməliyyat 6 saat davam etdi. Sınıq bərpa olundu. Xəstədə bazu arteriyasının esikiasiyası, trombozu, periferik qan dövranı pozğunluğu var idi. Ona görə də xəstədə fəsadlaşmış damar tam götürüldü. Onun əvəzinə sağ aşağı ətrafdan vena alınaraq, sol yuxarı bazu sümüyünə köçürüldü”. Əməliyatda iştirak edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov da əməliyyatın yüksk səviyyədə keçdiyini deyir: “Əməliyyat zamanı aydın olub ki, travmaya görə bazu arteriyasının təxminən 4-5 sm-lik seqmentində disseksiya və ona bağlı olaraq, damar trombozu aşkarlanıb. Bunun nəticəsi olaraq, sol yuxarı ətrafda işemiya əlamətləri görülmüşdür. Xəstə tərəfimizdən intraoperativ olaraq dəyərləndirildi. Bazu arteriyasında lokal disseksiyanın olduğu aşkarlandı və xəstəyə safen veu grefti ilə bazu arteriyasının interpozisiyası əməliyyatı uğurla icra edildi”. M.Məcidovun sözlərinə görə, əməliyyatdan sonra hər iki distal nəbzlər pozitiv olaraq qiymətləndirildir”. ATU həkimlərinin sözlərinə görə, hazırda xəstənin sol qolunda nəbzi normal vurur. Xəstə normal qidalanır. Uşaq bir neçə gündən sonra evə yazılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?