Başa çatan həftə ərzində Azərbaycan və dünyada baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.
Azərbaycan həbsxanalarındakı məhkumların televizora baxmaq imkanı var
1. Müxtəlif müddətdə Azərbaycan həbsxanalarında cəza çəkmiş hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev, iqtisadçı Natiq Cəfərli və həmçinin müxalif siyasətçi Yadigar Sadıqov məhbəs təcrübələrindən danışıblar. Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası
2. Fransada kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər, Britaniyanın Guardian qəzeti yazıb. Mağazalarda kərə yağı qıtlığı o dərəcəyə çatıb ki, sosial şəbəkələrdə bəzi insanlar zarafatla bir yarısı yeyilmiş yağ paketini 250 avroya satmağa təklif edirlər. Fransada niyə kərə yağı tapmaq olmur?
3. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) çərşənbə günü yaydığı bəyanatda bildirir ki, Milli Şuranın şənbə günü baş tutacaq mitinqində "terror aktı törətməyi planlaşdıran dini ekstremist qrupun üzvlərini məhv edib". Mitinqin təşkilatçıları nümayiş aksiyasında terror aktı ola biləcəyinə inanmırlar. Milli Şura DTX-nın terror hədəsi iddiasını rədd edir.
Əlifbanın bir neçə variantını nəzərdən keçirən hökumət sətirüstü işarələr üzərində dayanıblar 4. Qazaxıstan prezidenti qazax dilinin kirill əlifbasından mərhələli şəkildə latın əlifbasına keçirilməsi barədə sərəncam imzalayıb. Nursultan Nazarbayevin sərəncamı, həmçinin latın əlifbası əsasında yeni əlifbanı da təsdiqləyib. Latın qrafikasına keçid 2025-ci ilə qədər tamamlanmalıdır.
Yeni Zelandiyanın 'Birinci Pişiyi' Paddles internetdə bir çoxlarının sevgisini qazanıb 5. Pişik sevənlər Yeni Zelandiyanın yeni Baş nazirinin də onlardan biri olduğu xəbərindən sevinəcəklər, heç şübhəsiz. "Birinci Pişik" Paddles ilə tanış olun. O, ölkənin son 150 ildə seçilən ilk ən gənc baş naziri Jacinda Ardern-in "sağ pəncəsidir". Parlamentə 2008-ci ildə 28 yaşında üzv seçilən xanım Ardern, Leyboristlər Partiyasının rəhbəridir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?