GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gəncədə şok olay: saxta sənədlə orta məktəbdə yoxlama

Gəncədə şok olay: saxta sənədlə orta məktəbdə yoxlama

Tarix: 31-10-2017, 17:20 Bölmə :Cəmiyyət Baxış: 640
Gəncədə şok olay: saxta sənədlə orta məktəbdə yoxlama


Mikayıl Cabbarovun "professor"u direktor və müəllimləri necə qorxutdu?

Gəncə şəhərindəki Mikayıl Müşfiq adına 14 saylı məktəbdə görünməmiş hadisə baş verib. Bu barədə "Gündəm xəbər"ə məktəbin bir qrup müəllimi - Əhmədova Sucayət Nəriman qızı, Qoşqarova Məleykə Paşa qızı, Rüstəmova İlhamə Rüstəm qızı, Əliyeva Sadəgül Bala qızı məlumat veiblər.
Müəllimlərin şikayətindən aydın olur ki, 14 saylı məktəbin direktoru Qasımov Elnur Fazil oğlu məktəbi idarə edə bilmir. Bu direktor da Mikayıl Cabbarovun yararsız kadrlarından biridir. Məktəbdə tədris prosesi çox aşağı səviyyədədir. Belə ki, məktəbin IX, X, XI sinif şagirdləri dərsə gəlmir, repetitor yanına getməyə üstünlük verirlər. Məktəbdə şagirdlərdən pul yığılması artıq bütün məktəblərdə olduğu kimi burada da ənənə halını alıb. Lakin biz müəllimlərin bəhs etdiyi daha maraqlı bir faktdan danışacağıq.
Müəllimlər yazır ki, xeyli müddətdir ki, məktəbə vaxtaşırı bir müəllimə gəlir. Həmin müəllimə özünü professor və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi kimi təqdim edərək, dərslərin keyfiyyətini yoxlamaq məqsədi ilə gəldiyini bildirir: "Təcrübəsiz və naşı direktorumuz isə ondan heç bir sənəd tələb etmədən bu xanımın fəaliyyətinə şərait yaradırdı. Bu günlərdə yenə də həmin xanım dərs otaqlarının birinə girib, dərsin gedişinə müdaxilə edərək müəllimənin savadsız olduğunu dedi və onu dərsdən çıxardı. Nəticədə müəllimə əsəb sarsıntısı keçirdi, hüşunu itirdi. Hadisə məktəbə təcili yardım maşını çağırılmısına səbəb oldu".
Daha sonra müəllimlər bildirir ki, sonradan məktəbə gələn qadının professor olmadığı bəlli olub: "Onun Təhsil Nazirliyi ilə də heç bir əlaqəsi yoxdur. Məlum oldu ki, bu şəxs Gəncə Dövlət Universitetinin Təsviri-incəsənət kafedrasının müəllimi Səidə Abdulla qızı Tağıyevadır.
Biabırçılığa baxın, "mən professoram" deyib məktəbin direktorunun üstünə şığıyan bu qadın cəzasızlıqdan qorxmayaraq direktoru və dərs hissə müdirini təhqir edir, "işləyə bilmirsiz ,çıxın cəhənnəm olun" deyə onlara qışqırır, direktorun iş planını, sinif jurnallarını , pedaqoji şuranın sənədlərini, əmrləri yoxlamaq üçün tələb edirdi. Bacarıqsız və təcrübəsiz direktor isə aldanaraq onun bütün göstərişlərinə tabe olurdu. Direktor o dərəcədə təcrübəsizdir ki, Gəncə şəhər Təhsil İdarəsinə belə bu haqda məlumat verməyib".
Müəllimlər daha sonra yazır: "Sonradan bizə məlum oldu ki, Səidə Tağıyeva məktəbimizin müəllimi Səhər xanımın bacısıdır. Səhər xanım müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı çox zəif nəticə göstərib. Ona görə də onun dərs saatları alınaraq həmin təhqir olunmuş müəllimlərə paylanıb. Direktora olan bu hücumun və yoxlamanın məqsədi onu qorxudaraq "professor"un bacısının - Səhər xanımın dərs yükünün qaytarılması məqsədi daşıyırmış".

Artıq özünü Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi kimi təqdim edib saxta vəsiqə göstərərək məktəbin altını-üstünə çevirən bu dələduz xanımın fəaliyyəti ilə bağlı direktor Elnur Qasımov tərəfindən Gəncə Dövlət Universitetinin rektoruna məlumat verilib.

Gözləyək görək, Təhsil Naziri Mikayıl Cabbarov və Gəncə Dövlət Universitetinin rəhbərliyi məktəb müəllimlərinin əsəbləri ilə oynayan , onları komissiya adı ilə qorxudan bu saxta professor dələduz xanım haqqında hansı tədbiri görəcək?

Ortaya maraqlı bir sual da çıxır: Nə üçün məktəbin direktoru Elnur müəllim bu olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmir? Bəlkə torbada pişik var? Bəlkə müəllimləri qorxutmaq üçün bu ssenarini elə Elnur Qasımov özü cızıb.

Hər halda Təhsil Nazirliyi bu məsələni araşdırsa bütün həqiqətlər ortaya çıxacaq. Ümid edirik ki, nazir Mikayıl Cabbarov bu məsələni nəzaərtə götürüb araşdırma aparılmasına göstəriş verəcək və bu qanunsuzluğa yol verən şəxslər cəzalandırılacaqlar.

“Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda müəllimə məktəbdə döyüldü...

    Bakıda müəllimə məktəbdə döyüldü... ...

    26-02-2016, 12:24

  • 
  • ŞİRVANDA MİSLİ GÖRÜNMƏMİŞ ÖZBAŞINALIQ: CABBAROVU TƏHSİLDƏN ƏMİN EDƏN KİMLƏRDİR?

    ŞİRVANDA MİSLİ GÖRÜNMƏMİŞ ÖZBAŞINALIQ: CABBAROVU ...

    26-02-2016, 12:14

  • 
  • Bakıda orta məktəbdə müəllim biabırçı şəkildə döyüldü - ŞOK OLAY

    Bakıda orta məktəbdə müəllim biabırçı şəkildə ...

    1-03-2016, 18:50

  • 
  • Direktor müəllim və şagirdin videosundan danışdı - 45 saylı məktəbdə şok

    Direktor müəllim və şagirdin videosundan danışdı ...

    1-07-2015, 09:54

  • 
  • Məktəb direktoru müəllimlərin adına kredit götürüb pulu onlara ödətdirir

    Məktəb direktoru müəllimlərin adına kredit ...

    17-07-2014, 02:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu