Valideynlərin ani diqqətsizliyi nəticəsində 7 aylıq uşaq sancaq udub. Hazırda sancaq körpənin nəfəs borusunda açıq vəziyyətdə qalıb. Pediatrların sözlərinə görə, əgər vaxtında müdaxilə olunmazsa, uşaqda ciddi fəsadlar yarana, hətta orqan deşilmələri qanaxmaya qədər gətirib çıxara bilər.
Fatmeyi Zəhra Nəsurulluyava üzərinə sancılmış sancaqla birlikdə göz muncuğu və dini duanı da udub.
Anasının sözlərinə görə, sancaq uşağın büküldüyü adyalın üstündə olub.
Həkimlər müayinə zamanı uşağın dərhal əməliyyat olunmasının vacib olduğunu bildiriblər. Hətta sancağın təcili çıxarılması üçün vaxt da qoyulub. Qeyd edək ki, Fatmeyi Zəhra ailənin 5-ci uşağıdır./xəzər tv
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?