Braziliyada dəfnə hazırlanan körpə dirilib. Rusiya mətbuatına istinadla məlumata görə, Londrin şəhərində doğulan uşağa Yasmin Qomes adı verilib.
Həkimlər doğulandan bir neçə dəqiqə sonra körpənin ölümünü qeydə alıblar. Uşaq 3 saat sonra dəfn edilmək üçün ailəsinə təhvil verilib. Kilsədə uşaq birdən tərpənməyə və nəfəs almağa başlayıb.
Baş verənlər həkimləri də heyrətə salıb. Onların sözlərinə görə, doğulanda uşaqda heç bir həyat əlaməti olmayıb. "O, işığa reaksiya vermirdi, nəfəs almırdı. Hətta rəngi də göyərmişdi".
Dəfnində dirilən uşaq dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün hər hansı təhlükə görmürlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?