“Sancaq production”ın direktoru, bloqqer Mehman Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Bu barədə bloqqerin özü sosial şəbəkədə yazıb:
“Bir az var mənə zəng edib deyiblər ki, saat 5-də təcili olum Bakı Şəhər Baş Polis İdarəsində. Mətbuat xidmətin rəhbəri mənimlə görüşüb, söhbət eləmək istəyir. Gedək görək nə deyirlər yenə”.
Xatırladaq ki, bu gün Milli Məclisin keçirilən plenar iclasında Yeni Azərbaycan partiyasının deputatı Məlahət İbrahimqızı Meydan TV və “Sancaq” səhifələrində dövlət rəhbərinə qarşı cəfəng məlumatlar yayımlamaqda ittiham edib.
Mehman Hüseynov isə deputata cavabında “Siz bizləri pulnan aldığınız, susdurduğunuz televiziyalar, qəzetlər, saytlar ilə səhv salmayın. Onlar ölkədə olan məmur özbaşınalığını, saxta seçkiləri, ölkədə baş verən hadisələri çəkib göstərmirlər, gizlədirlər. Biz bunu eləməliyik, biz ölkədə baş verən hadisələri xalqa çatdırmalıyıq. Bəli, bu sizə sərf eləmir, siz istəyirsiz ki, millətin gözü, ağzı bağlı olsun, xalqın problemləri ilə maraqlanan mətbuatı sıradan çıxardasız” deyə bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?