Məşhur iş adamı Zaman İsgəndərovun nəvəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbs olunması ilə bağlı yeni faktlar üzə çıxıb.
gundemxeber.az-ın Ölkə.Az-a istinadən məlumatın görə, 04 noyabr 2017-ci il tarixində Astara rayonunun hərbi komissarı Kənan İsgəndərov barəsində məhkəmə tərəfindən 3 aylıq həbs qərarı verilib.
Kənan İsgəndərov Dövlət Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar nəticəsində həbs olunub. O, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Kənan İsgəndərov təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğludur.
Sorğu
Yeni dizaynımız necədir?