Bakı Hərbi Məhkəməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılovun həbs edilməsini təsdiqləyib.
Məhkəmədən APA-ya bildirilib ki, A. İsmayılov barəsində iyun ayının 6-da həbs qətimkan tədbiri seçilib. O, dələduzluqda ittiham olunur. Qeyd edək ki,həbs Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilib. Anar İsmatılov hərbi prokuror Xanlar Vəliyevin şəxsi nəzarəti altında dindirilib. Daxil olan məlumatda qeyd olunur ki, Anar İsmayılovun həbs olunmasına səbəb xidmətin rəisi Arzu Rəhimovun hazırda həbsdə olan Natiq adlı sürücüsü ilə 500 min manatlıq sövdələşmə ilə bağlıdır.
Belə ki, bir müddət əvvəl Arzu Rəhimovun sürücüsü Natiq, Anar İsmayılovun yanına gedərək, A.Rəhimovun adından vəzifədə qalması üçün müəyyən məbləğ verilməli olduğunu bildirib. Sürücü qeyd edib ki, yaxın münasibəti olan digər hərbi komissrlara da bu barədə razılığa gəlinə bilər. Əks halda, həmin şəxslər vəzifədən uzaqlaşdırılacaqlar. Xəbərə görə, Anar İsmayılov yaxın münasibətdə olduğu İsmayıllı və Ağsu rayonundalı həmkarları ilə birlikdə 500 min manat məbləğində pulu toplayaraq, A.Rəhimovun sürücüsü Natiqə çatdırıblar. Natiqin bu pulu konkret kimə çatdırdığı məlum deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?