GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Böyük Britaniya vətəndaşı CBC telekanalına rəhbər gətirilir – SENSASİON QƏRARIN PƏRDƏARXASI...

Böyük Britaniya vətəndaşı CBC telekanalına rəhbər gətirilir – SENSASİON QƏRARIN PƏRDƏARXASI...

Tarix: 11-11-2017, 15:29 Bölmə :Cəmiyyət Baxış: 345
Böyük Britaniya vətəndaşı CBC telekanalına rəhbər gətirilir – SENSASİON QƏRARIN PƏRDƏARXASI...



Dünən informasiya portallarında fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayevin CBC TV-yə (“Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətiriləcəyi haqda xəbər yayıldı.

Təsisçilər tərəfindən Mir Şahin Ağayevə belə bir təklif irəli sürülüb, ancaq o, hələlik müsbət bir cavab verməyib.
Məlumata görə, CBC TV rəhbərliyi Mir Şahin Ağayevin adıçəkilən telekanala rəhbər gətirilməsində israrlıdır.
“Hazırda CBC TV rəhbrəliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir” – deyə sayt yazır.
Ölkə.az-ın əməkdaşı məsələ ilə bağlı Mir Şahin Ağayevin özü ilə telefon əlaqəsi saxlasa da, o, bu barədə danışmaq istəməyib.
Qeyd edək ki, mövzu ilə bağlı “Hürriyyət”in araşdırması isə tamamilə fərqli faktları ortaya çıxarıb. Belə ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən, sözügedən telekanala Mir Şahin Ağayevin deyil, Böyük Britaniya vətəndaşı olan Xəlilov Vüqar Nəriman oğlunun rəhbər gətirilməsi artıq razılaşdırılıb.
Məlumat üçün bildirək ki, Vüqar Xəlilov 11 iyul 1969-cu ildə Bakı şəhərində anadan olub, Azərbaycan Respublikası və Böyük Britaniya vətəndaşıdır. O, 1986-1994-cü illərdə Moskva Dövlət Tibb Universitetində, 2015-2017-cı illərdə Moskva Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb, 90-cı illərin əvvəllərində “Azadlıq” radiosunda müxbir, 1998-2009-cu illərdə BBC şirkətinin Moskva bürosu üzrə müxbiri, sonradan Rusiya bürosunun prodüseri və aparıcısı olub. 2009-2010-cu illərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən “Flexi Comminications” şirkətinin, 2011 - 2014-cü illərdə Bakı şəhərində fəaliyyət göstərən “Caspian Links” şirkətinin rəhbəri olub. 2014-2015-ci illərdə “Новости-Азербайджан”, 2015-2016-cı illərdə isə “Sputnik-Azərbaycan” informasiya agentliklərinin baş direktoru vəzifələrində çalışıb.
Əldə etdiyimiz məlumata əsasən, V.Xəlilov son illər Rusiyanın РБК agentliyi ilə də əməkdaşlıq edib. Bu ərəfədə “Vüqar1969” MMC təsis edib. Onun hazırda Azərbaycanda fəaliyyət göstərən qalmaqallı “Nobel Oil” şirkətində də çalışdığı vurğulanır.

Bütün bunlarla yanaşı, daha bir vacib məqamı da diqqətinizə çatdıraq ki, Vüqar Xəlilovun qardaşı Azər Xəlilov CBC və ATV televiziya kanallarının direktorudur. Mənbəmiz deyir ki, onun digər qardaşı Elçin Xəlilov da Böyük Britaniya vətəndaşıdır və BBC şirkətində çalışır. Həyat yoldaşı Balaxanova İlya Çinqizovna (Балаханова Иля Чингизовна) Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1989-1996-cı illərdə “Azadlıq” radiosunda müxbir, eləcə də Rusiyanın НТВ kanalında şef-redaktor işləyib. 1996-cı ildən müxtəlif şirkətlərdə PR mütəxəsis kimi fəaliyyət göstərib və hazırda Rusiyada fəaliyyət göstərən “İctimaiyyətlə Əlaqə üzrə Rusiya Birliyi”nin (РАСО) üzvüdür.
Mənbə onu da vurğuladı ki, 2005-ci ildə Qırğızıstanda baş verən inqilabdan sonra hakimiyyətə gələn Kurmanbek Bakiyev həmin vaxt Yevqeniy Qureviç adlı şəxsə geniş səlahiyyətlər verib. Hansı ki, Y.Qureviç Qırğızıstan vasitəsi ilə Rusiya dövlətinin “çirkli” pullarının yuyulmasında, Avropa dövlətlərinin siyasi xadimlərinin (əsasən İtaliyanın baş naziri olan Silvio Berluskoninin – müəl.) maliyyələşdirilməsində iştirak edib. Deyə bilərsiniz ki, Kurmanbek Bakiyev və Yevqeniy Qureviçin bu məsələyə nə dəxli var? Amma, əldə olunan informasiyalara görə, milyardlarla dollarla ölçülən digər qeyri-qanuni fəaliyyət növləri ilə də məşğul olan Yevqeniy Qureviçin qeyd olunan dövrdə Vüqar Xəlilovla çox yaxın əlaqəsi olub. Bu baxımdan, istisna olunmur ki, həmin vaxt Vüqar Xəlilov “çirkli pullar”ın yuyulması prosesində “baş rol” oyunçularından biri olub.
Təsadüfi deyil ki, 2010-cu ilin aprelində Qırğızıstanda baş verən inqilab nəticəsində Kurmanbek Bakiyev Belarus Respublikasına qaçdıqdan az sonra – aprelin 13-də Vuqar Xəlilov Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib. Bəzi bilgilərə əsasən, bu zaman onun dindirilməsində ABŞ Federal Təhlükəsizlik Bürosu da iştirak edib və V.Xəlilov ifadəsində bir çox etiraflarda bulunub. Bundan sonra onun barəsində həbs qərarı verilib və o, 5 ay Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsində saxlanıldıqdan sonra azadlığa buraxılıb.
Bütün bunlardan sonra istər-istəməz bir məsələ diqqətimizi cəlb edir: bu qədər qaranlıq keçmişi və uzun müddət Rusiyaya bağlı KİV-lərə rəhbərlik etməsi, yəni dolayısı ilə Kremlə bağlantısı olduğu nəzərə alınmadan, həssas bir dönəmdə - prezident seçkiləri ərəfəsində Vüqar Xəlilovun çox önəmli bir vəzifəyə - CBC telekanalına rəhbər gətirilməsinin arxasında hansı maraqlar dayanır?.../hurriyyet.org

P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini də öyrənməyə çalışacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DAŞDAN ÇIXAN SÖZ

    DAŞDAN ÇIXAN SÖZ ...

    15-05-2017, 20:28

  • 
  • Mir Şahinin həyat yoldaşına vəzifə verildi

    Mir Şahinin həyat yoldaşına vəzifə verildi ...

    15-01-2014, 00:37

  • 
  • Cocuğumuzu vurdular...!!! Qaldı Mərcanlı - Mir Şahin yazdı...

    Cocuğumuzu vurdular...!!! Qaldı Mərcanlı - Mir ...

    6-07-2017, 17:55

  • 
  • Mir Şahin televiziyaları sərt tənqid etdi

    Mir Şahin televiziyaları sərt tənqid etdi ...

    1-11-2017, 16:46

  • 
  • “Deyəsən Azərbaycanda Lütfi Zadə böyüklükdə qəbr yeri yoxdur!” - Mir Şahin yazdı

    “Deyəsən Azərbaycanda Lütfi Zadə böyüklükdə qəbr ...

    14-08-2017, 10:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (74)
İyul 2025 (584)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu