GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mir Şahin televiziyaları sərt tənqid etdi

Mir Şahin televiziyaları sərt tənqid etdi

Tarix: 1-11-2017, 16:46 Bölmə :Cəmiyyət Baxış: 354
Mir Şahin televiziyaları sərt tənqid etdi


Mir Şahin televiziyaları sərt tənqid etdi: “Jurnalist adına çox xəcalət çəkdim!”

Tanınmış jurnalist Mir Şahin Ağayev hakimiyyətin media siyasətini həyata keçirən şəxsləri ifşa edən məqalə ilə çıxış edib.

Müəllif özünün “Facebook” səhifəsində yaydığı “Azərbaycan İnformasiya Məkanı başsız qalıb?!” başlıqlı məqaləsində kütləvi informasiya vasitələrinin, xüsusi ilə də Azərbaycan tele-kanallarının Bakı-Tiflis-Qars layihəsinin açılışını lazımi şəkildə işıqlandırmamasını sərt tənqid edib.

Mir Şahin Ağayevin məqaləsini olduğu kimi təqdim edirik:

Azərbaycan İnformasiya Məkanı başsız qalıb?!

Dünyanın, Avropanın, bölgənin, xüsusilə AZƏRBAYCANIN həyatında olduqca böyük əhəmiyyətə malik olan Bakı-Tiflis-Qars, Böyük İpək Dəmir yolu açıldı. Ərəfədə bütün telekanallar filologiya fakültəsinə çevrilmişdi, əsnək və qocafəndi müəllimlər, muşdur bəylər və müşdür xanımlar dillərini ekrandan bayıra nə ki var çıxarmışdılar. Babasının kor dedikləri, televiziyadan zərbəçi qəzet qayıraraq gəlib gedənə vurmaqda idilər. Sözü sətirdən sətirə necə keçirmək, dilarxası və dilönü saitlərin xüsusiyyətləri, ədəbi bədii dilimizin əsrarəngizlikləri barədə qrammatika axşamları… Qətiyyətli Dil İnzibatçıları az qala futbol şərhçisinin “Qooooooooool!” nidasından da 2-3 artıq “o” səsini ixtisar etmək üçün Birbaşa Efir Aparat otağına əmrlər göndərirdilər… Və bu total dilbazilik fonunda o boyda Qatar gəlib yanımızdan keçdi. Hər relsi ilə birbaşa efirə layiq olan BTQ Türkiyə, Gürcüstan və Qazaxıstanda, hətta Özbəkistanda ləyaqətli efir həyatı yaşadı, bu hadisəni Birbaşa nümayiş etdirdilər, Türkiyənin (mənim gördüyüm!)3 telekanalı Ərdoğanın da olduğu Xüsusi Təyinatlı Qatarı Ələt stansiyasına qədər Canlı müşayiət etdi. Gürcüstan, Qazaxıstan, Özbəkistan televiziyası da canlı və diri idi.

…Ölü biz olduq. Televiziyalarımız yalnız arayış-protokol janrında çalışdılar. Bir canlı yayım belə olmadı… Niyə? Bu mağmın “təvazökarlıq” kimə lazım idi? Axı bu bizim ən azı Qarabağı qaytarmaq qədər böyük uğurumuz idi. Azərbaycan öz tarixinin ən Qürurlu Beynəlxalq Vaxtını yaşayırdı. Biz isə bu Tarixi Məqamı başqa ölkələrin kanallarından seyr edirdik. Axı şübhəsiz, hansısa möhtəşəm oyunun yayım hüququ kimi BTQ-nin açılışının da yayım hüququ konkret bir və ya bir neçə dövlətə satılmamışdı. Və bu hadisə oyun deyildi… (Azərbaycanın, prezident İlham Əliyevin, müstəqil dövlət siysətinin Şah Əsəri idi… Niyə gedən Qatarın ardınca oturub indi böyük-böyük siyasətşünaslıqlar edirik. Çoxunun etibarlılıq möhləti siyasi-ideoloji fəaliyyətə başlamazdan 3 həftə əvvəl bitmiş keçmiş pert və ya eks-pertlərin əngoloqluğu və ya cəfəngoloqluğu kimə lazımdır??? Mənə bu hadisənin əhəmiyyətini başa salmaq lazım deyil, yoldaşlar!!! Küt deyiləm! Siz mənə hadisəni göstərəydiniz, əhəmiyyətini özüm başa düşərdim! (Fədayə Laçın, Allah yolunuzu açsın, rica edirəm, azadlığa çıxandan sonra bir görüşü də mütləq Bakı Tiflis Qars qatarına salın, onda hadisə daha maraqlı olar yəqin)

Bir sözlə, Əsrin, Minilliyin Qatarı gəlib düz burnumuzun ucundan keçdi… Qaldıq dilimizin əlində, göz yaddan çıxdı.

Niyə?

Niyə?

Niyə?

Mir Şahin olaraq Jurnalist adına çox xəcalət çəkdim! Heyif ki, yeni BTQ gözləməyə vaxtım çatmayacaq…

Perronda Tək qaldıq

Bunu da ona görə yazmıram ki molla ağzı ilə hərəyə bir “Allah ANS-i açsın!” tipli dualar edəsiniz! Lazım deyil, vallah səmimi deyirəm, qoy olmasın ANS, özünüz ANS olun!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cocuğumuzu vurdular...!!! Qaldı Mərcanlı - Mir Şahin yazdı...

    Cocuğumuzu vurdular...!!! Qaldı Mərcanlı - Mir ...

    6-07-2017, 17:55

  • 
  • DAŞDAN ÇIXAN SÖZ

    DAŞDAN ÇIXAN SÖZ ...

    15-05-2017, 20:28

  • 
  • Mir Şahin: "Müdafiə Nazirliyi niyə təhqir hədəfi olur?"

    Mir Şahin: "Müdafiə Nazirliyi niyə təhqir ...

    12-01-2014, 22:49

  • 
  • “Deyəsən Azərbaycanda Lütfi Zadə böyüklükdə qəbr yeri yoxdur!” - Mir Şahin yazdı

    “Deyəsən Azərbaycanda Lütfi Zadə böyüklükdə qəbr ...

    14-08-2017, 10:55

  • 
  • Almaniya prezidenti Türkiyədə Ərdoğanı sərt tənqid etdi

    Almaniya prezidenti Türkiyədə Ərdoğanı sərt ...

    29-04-2014, 10:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (39)
İyul 2025 (585)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu