Bu günlərdə Azərbaycanın Göyçay rayonunda (Bakıdan 216 kilometr qərb) keçirilmiş Nar bayramından yazan jurnalist, hefteaz.info saytnın rəhbəri Aqil Mahmudovun həbsi isənilir.
Bu haqda Turan agentliyinə jurnalistin özü bildirib. A.Mahmudovun bildirdiyinə görə, Nar bayramı ərəfəsində saytda "Göyçayda nar bayramı xar bayramı ola bilər" sərlövhəli məqalə dərc edilib. Həmin məqalədə bayramdan öncə nar təsərrüfatı sahiblərindən bayramda iştirak etməyə görə pul toplanmasından bəhs edilib. Yazıda iddia edilib ki, həmin vəsaitin toplanmasını rayonun icra hakimiyyəti təşkil edib. Məqalə yayıldıqdan sonra Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Aqil Mahmudovu məhkəməyə verib. Məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən icra başçısı hesab edir ki, jurnalist ona böhtan atıb. Aqil Mahmudova qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (Böhtan) üzrə cinayət işinin açılması, onun həbs edilməsi istənilir. Jurnalist ittihamı rədd edir, məqalənin ictimai müzakirələr kontekstində hazırlanmdığını bildirir. İcra başçısının şikayəti Göyçay rayon Məhkəməsində hakim İbrahim Fəttahovun icraatına verilib. Məhkəmə noyabrın 14-də başlaycaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?