Ağcabədi rayonunda elektirk enerjisindən oğurluq edənlər arasında tanınmış və nüfuzlu şəxslər də var.
ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon Elektrik Şəbəkəsi tərəfindən sakinlərə edilən xəbərdarlıq elanında bu barədə qeyd olunub.
Xəbərdarlıq elanında bildirilib ki, sayğacdankənar elektrik enerjisindən istifadə hallarına qarşı mütəmadi reydlər təşkil olunacaq: “Son zamanlar ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndələrinin Ağcabədi rayonunda keçirdiyi reydlər və anonim müraciətlər əsasında yerində aparılmış yoxlamalarda bir qrup istehlakçının elektrik enerjisindən sayğacdankənar istifadə halları aşkar edilib. Belə istifadəçilər arasında hətta rayonda tanınmış və ya özünü nüfuzlu hesab edən şəxslər də var. Tərəfimizdən davamlı olaraq gündüz və gecə reydləri təşkil olunacaq. Belə reydlərdə aşkar olunan işıq oğurluğu hallarının videomaterialı KİV-də ictimai qınağa təqdim edilməklə, hüquq-mühafizə orqanlarına veriləcək. Bu məsuliyyət elektrik enerjisindən sayğacdankənar istifadə edən şəxslərin üzərinə düşür”.
Xəbərdarlıq elanında qeyd edilib ki, sayğacdankənar xətt vasitəsilə elektrik enerjisindən oğurluq edənlərin ifşa edilməsində yadımçı olan şəxslər anonimliyi qorunmaqla mükafatlandırılacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?