Ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb.
Bakı merinin müalicə üçün Almaniyaya aparıldığı vurğulanır.
“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün BŞİH-nin Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, KİV yalan informasiya yayıb: “Şükürlər olsun ki, Hacıbala müəllim yaxşıdır. Hər hansı xəstəliyi yoxdur. Hazırda da işinin başındadır. Allah hamımızı pis xəstəliklərdən uzaq eləsin”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?