GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Çovdarov polkovnikə çevriləcək, yoxsa?..

Çovdarov polkovnikə çevriləcək, yoxsa?..

Tarix: 17-11-2017, 23:34 Bölmə :Cəmiyyət Baxış: 507
Çovdarov polkovnikə çevriləcək, yoxsa?..


Cinayət Məcəlləsinin 48-ci maddəsinə edilən və dekabrın 1-dən qüvvəyə minəcək dəyişiklik ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunmuş şəxslərin rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsi prosesini sadələşdirir.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsi məhkum edəndə onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsini də zəruri sayarsa, onda bununla bağlı həmin rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana təqdimat göndərməlidir.
Dekabrın 1-dən isə məhkəmə yalnız ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilmə üçün təqdimat verəcək. Təqdimat ali xüsusi və ya ali hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.
Digər xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməni isə məhkəmə birbaşa özü həyata keçirəcək. Yəni bu zaman məhkəmə xüsusi və ya hərbi rütbəni, yaxud təltifi vermiş dövlət orqanına təqdimat göndərməyəcək. Dekabrın 1-dən ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunan şəxslərin xüsusi və ya hərbi rütbələrdən, yaxud təltiflərdən məhrum edilməsi haqda qərar məhkəmənin özündə qəbul olunacaq.
Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsaslanmaqla indiyədək ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunmuş bir çox şəxs rütbə (istər ali, istərsə digər), fəxri ad və təltifdən məhrum edilib.
Fəxri ad və təltiflərdən məhrum edilmənin nə demək olduğu bəllidir. Çünki burada yalnız bir variant var: məhkum əvvəl qazandığı fəxri ad və təltifi itirir.
Ancaq rütbədən (istər ali, istərsə digər) məhrum edilmə bu sayaq birvariantlı deyil. Burada variant çox ola bilər. Məsələn, general-mayor rütbəli şəxs ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunduqdan sonra onun rütbədən məhrum olunması barədə də qərar çıxarılırsa, onda həmin adam yalnız ali rütbədən (general-mayor) məhrum olur, yoxsa o, generallığa qədər aldığı başqa rütbələri də itirir?
Əgər yalnız ali rütbədən məhrum olursa, bu o deməkdir ki, həmin şəxs yenə zabit kimi qalır, sadəcə generaldan aşağı rütbəli zabit kimi. Generaldan aşağı rütbə isə, bəlli olduğu kimi, polkovnik rütbəsidir.
Bunlar general-mayordan daha yuxarı rütbə olan general-leytenant, general-polkovnik rütbələrinə də aiddir. Həmin rütbələrdə olan şəxs ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunduqdan sonra yalnız ali rütbədən məhrum edilirsə, deməli, onlar da polkovnikə çevrilirlər. Yəni onlar yenə zabit kimi qalırlar, sadəcə ali hərbi rütbəsi olmayan zabit kimi.
Ali olmayan xüsusi və ya hərbi rütbədən məhrum edilmə də birvariantlı deyil. Məsələn, polkovnik rütbəsi ali hərbi rütbələr sırasına daxil deyil. Əgər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunan şəxs polkovnikdirsə və onun rütbədən məhrum edilməsi qərarı da çıxarılırsa, onda bunu necə başa düşmək lazımdır? Həmin məhkum bir pillə aşağı rütbəli (polkovnik-leytenant) zabitə çevrilir, yoxsa polkovnikliyə qədər qazandığı bütün rütbələri itirib ümumiyyətlə zabitlikdən məhrum olur?
Artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 2015-ci ildə tutulan zabitlərinin bir qisminin məhkəməsi bu yaxınlarda yekunlaşdı. 2017-ci ilin oktyabr ayının 30-da Bakı Hərbi Məhkəməsi vaxtilə MTN-də baş idarə rəisi olmuş general-mayor Akif Çovdarovun və onun tabeliyində çalışmış polkovnik rütbəli zabitlərin rütbələrdən məhrum edilməsi üçün müvafiq instansiyalara təqdimatlar göndərilməsi barədə də qərar çıxardı. General-mayor ali hərbi rütbə olduğu və belə rütbələr dövlət başçısının sərəncamı ilə verildiyi üçün Akif Çovdarovla bağlı təqdimatın ölkə prezidentinə göndərilməsi qərara alındı. Polkovniklərlə bağlı təqdimat isə həmin rütbələri vermiş dövlət orqanına göndəriləcək. Qeyd etdiyimiz kimi, hazırkı qanunvericilik məhkəməyə bu sayaq rütbələrdən məhrum etmə haqda da birbaşa qərar çıxarmaq səlahiyyəti vermir. Belə səlahiyyət məhkəmələrdə dekabrın 1-dən olacaq.
Bəs təqdimatlar təsdiqləndikdə nəticə necə olacaq? Akif Çovdarov polkovnikə, polkovniklər polkovnik-leytenanta çevriləcək, yoxsa onlar ümumiyyətlə zabitlikdən məhrum olacaqlar?
Novator.az bu sualla hüquqşünaslara müraciət edib. Bəlli olub ki, bu məsələdə onların arasında fikir ayrılığı var.
Hüquqşünasların bir qismi bildirib ki, rütbədən məhrum etmə bütövlükdə zabitlikdən məhrum etmədir. Digər qisim isə deyib ki, burada məsələ müxtəlif variantlarda həll oluna bilər: rütbələr bir və ya bir neçə pillə endirilə, yaxud məhkumlar bütünlüklə zabitlikdən məhrum edilə də bilərlər və bu, təqdimata baxan tərəfin çıxaracağı qərardan asılıdır.
Yanaşmasından asılı olmayaraq hüquqşünaslar vurğulayıblar ki, Cinayət Məcəlləsinin 48-ci maddəsinə edilən dəyişiklik qüvvəyə minəndən sonra da belə olacaq. Yəni rütbədən məhrum etməni bütövlükdə zabitlikdən məhrum etmə sayan hüquqşünaslar bildiriblər ki, dekabrın 1-dən ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunan şəxslər rütbədən (istər ali, istərsə digər) məhrum edildikdə yenə tamamilə zabitlikdən çıxarılmış olacaqlar.
Rütbədən məhrum etmənin müxtəlif variantlarını mümkün sayan hüquqşünaslar isə deyiblər ki, ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunan şəxslərin rütbədən (istər ali, istərsə digər) məhrum edilməsi dekabrın 1-dən də yenə fərqli formalarda – onların rütbəsinin bir və ya bir neçə pillə endirilməsi və ya bütünlüklə zabitlikdən məhrum olunması şəklində həyata keçirilə biləcək.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 33-cü maddəsinə görə, hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilərlər./Novator.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN GENERALLARININ PAQONLARI SÖKÜLƏCƏK - Hilal Əsədov, Akif Çovdarov…

    MTN GENERALLARININ PAQONLARI SÖKÜLƏCƏK - Hilal ...

    19-10-2015, 17:34

  • 
  • Ali Məhkəmə bankirin cəzasını 7 il 3 aydan 3 il 6 aya endirdi

    Ali Məhkəmə bankirin cəzasını 7 il 3 aydan 3 il 6 ...

    8-11-2014, 00:58

  • 
  • Ərdoğan rəsmi mərasimlə qarşılandı - Bakıda

    Ərdoğan rəsmi mərasimlə qarşılandı - Bakıda ...

    3-09-2014, 11:57

  • 
  • Rusiyanı şoka salan intihar: admiral özünü güllələdi

    Rusiyanı şoka salan intihar: admiral özünü ...

    4-01-2014, 00:15

  • 
  • Ali Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi

    Ali Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi ...

    29-09-2017, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu