GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ADPU-dan səslənən ittihamlara cavab verildi

ADPU-dan səslənən ittihamlara cavab verildi

Tarix: 23-11-2017, 11:57 Bölmə :Cəmiyyət Baxış: 592
ADPU-dan səslənən ittihamlara cavab verildi


ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşları Arzu Əliyevaya etiraz olaraq “Gündəm Xəbər”ə öz mövqelərini təqdim ediblər. Biz redaksiya olaraq KİV haqqında qanunu rəhbər tutur və qarşı tərəfin mövqeyini olduğu kimi çoxsaylı oxucularımıza təqdim edirik:

Hörmətli media nümayəndələri!
Son vaxtlar bəzi İnternet media resurslarında Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) haqqında həqiqətdən uzaq yazılar dərc olunur. Qeyd etmək lazımdır ki, həmin böhtan və iftira dolu yazılarda ADPU-nun sabiq müəllimləri Pərvin Cəfərovanın, Vəlimedova Olqa Viktorovnanın və baş laborant Arzu Əliyevanın şikayətçi kimi adları keçir. ADPU tərəfindən mediaya Pərvin Cəfərova və Vəlimedova Olqa Viktorovna barədə bir müddət öncə işlədikləri Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin təqdim etdikləri real məlumatlar əsasında hüquqi cəhətdən mükəmməl əsaslandırılmış, hərtərəfli və dolğun cavablar verilib. Noyabrın 22-də isə Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasında həmin kafedranın keçmiş baş laborantı Arzu Əliyeva ilə bağlı keçirilmiş iclas da həqiqətin ortaya çıxması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ictimai müzakirə formasında keçirilmiş həmin iclasda tanınmış və təcrübəli metodist-alim, Riyaziyyat və onun tədrisi metodikası kafedarsının müdiri, professor Azadxan Adıgözəlov çıxış edərək bildirib ki, o, 2003-cü ildə kafedra müdiri seçilib. Kafedra müdiri seçilməmişdən öncə Arzu Əliyeva Funksiyalar nəzəriyyəsi kafedrasından Riyaziyyat və onun tədrisi metodikası kafedrasına baş laborant vəzifəsinə gətirilib. Professor A.Adıgözəlov qeyd edib ki, o kafedra müdiri vəzifəsində işlədiyi dövrdə Sevda Bayramova və Məlahət Məmmədova da kafedrada laborant işləyiblər. Arzu Əliyeva müntəzəm olaraq Məlahət Məmmədova ilə dava-dalaş edib, kafedradakı sağlam ab-havanı və normal iş mühitini pozub. Onların arasında baş verən mübahisə nəticəsində Məlahət Məmmədovanın qan təzyiqi qalxıb və xəstələnərək bülletenə çıxıb. Hətta bir dəfə Məlahət Məmmədovanın iki qızı ADPU-ya gələrək Arzu Əliyeva ilə savaşıblar. Bu hadisə Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent Maqsud Nəcəfovun iş otağında baş verib. Həmin vaxt kafedrada laborantların belə ictimai davranış qaydalarına və qanunazidd hərəkətlərə yol vermələri haqqında rektorluğa məlumat verilib. Bu vəziyyətə dözməyən Məlahət
Məmmədova üçün təcili tibbi yardım çağrılıb. Uzun müddət xəstə yatan Məlahət Məmmədova işdən çıxmağa məcbur olub. Arzu Əliyeva əmək intizamına əməl etməyib. ADPU-da Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının, eləcə də tədris-yardımçı heyətin şəffaf və obyektiv keçirilən attestasiyası zamanı attestasiyadan keçməyən Arzu Əliyeva kafedradan uzaqlaşdırıldıqdan sonra kafedrada normal iş şəraiti bərpa edilib. Məsuliyyətlə bildiririk ki, attestasiya zamanı Arzu Əliyevaya qarşı heç bir qanunsuzluğa və ədalətsizliyə yol verilməyib. Sadəcə, bilik və peşəkarlıq səviyyəsi qənaətbəxş olmadığı üçün attestasiyadan keçməyib. Bu, inkarolunmaz fakt, təkzibedilməz həqiqətdir. Məhz bu səbəbdən də onun əmək müqaviləsinə xitam verilib. Hazırda kafedrada sağlam və işgüzar mühit var. Buna görə də biz onun işdən kənarlaşdırılmasını qanuni və ədalətli hesab edirik.
Elmi hissənin əməkdaşı İlhamə Gözəlova iclasda bildirib ki, iş prosesində Arzu Əliyevaya zəng edərək kafedranın fəaliyyəti ilə bağlı lazımi sənədi gəlib elmi hissədən aparmasını xahiş edib. Lakin Arzu Əliyeva onu təhqir edib. Bu şəxs pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsində işləməyə layiq deyil.
İclasda digər çıxış edənlər də Arzu Əliyevanı mənfi planda səciyyələndirərək onun mətbuatda dərc edilən iftira və böhtan dolu yazılarına kəskin etiraz ediblər.
İclasda qeyd edilib ki, ADPU-nun Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Pedaqoji kadr hazırlığını həyata keçirən, zəngin elm və təhsil ənənələrinə malik olan ADPU-da hazırda 17 mindən çox tələbə təhsil alır. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetdə insan resurslarının inkişaf etdirilməsi, idarəetmənin optimallaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi üçün islahatlar, yeniliklər həyata keçirilir. Belə böhtan və iftira dolu yazıların müəllifləri isə uğurla həyata keçirilən bu islahatlara kölgə salmaq istəyirlər. Bu yazılar həm də qanunçuluq, dövlət və dövlətçilik üçün təhlükə mənbəyidir. Bu isə universitetin bütün kollektivində, o cümlədən Riyaziyyat və informatika fakültəsinin kollektivində də böyük narazılıq və təəssüf hissi doğurur və yolverilməzdir. Eyni
zamanda hörmətli media təmsilçilərindən xalqın, dövlətin strateji fəaliyyət sahəsi olan təhsil sahəsi ilə bağlı yazılar dərc edərkən qanunvericiliyə uyğun olaraq məsələni tam və hərtərəfli araşdırmağı, dəqiq və obyektiv olmağı xahiş edirik.
Hörmətlə:
1. Azadxan Adıgözəlov, Riyaziyyat və onun tədrisi metodikası kafedarsının müdiri, professor
2. Maqsud Nəcəfov, Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent
3. Allahverdi Cəfərov, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dosent
4. Naida Acalova, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dosent
5. Bəhram Əliyev, Riyazi analiz kafedrasının müdiri, dosent
6. Azad Bayramov, Riyazi analiz kafedrasının dosenti
7. Rövşən Hümbətəliyev, Hesablama riyaziyyatı və informatika kafedrasının müdiri, dosent
8. Zemfira Tağıyeva, Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti
9. Hidayət Tağıyev, Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti
10. Zahirəli Sadıxov, Cəbr və həndəsə kafedrasının müdiri, dosent
11. Hökümə Əkbərova, Cəbr və həndəsə kafedrasının dosenti və başqaları
Mənsur İbrahimov,
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik rektoru yoxlayır

    Nazirlik rektoru yoxlayır ...

    16-04-2015, 12:32

  • 
  • Universitet müəllimlərinin əməkhaqqı artdı

    Universitet müəllimlərinin əməkhaqqı artdı ...

    24-02-2016, 12:41

  • 
  • ORUCƏLİ RZAYEVİN "BAZARA" ÇEVİRDİYİ TƏHSİL OCAĞI

    ORUCƏLİ RZAYEVİN "BAZARA" ÇEVİRDİYİ ...

    7-04-2016, 17:57

  • 
  • ADPU-nun keçmiş əməkdaşından C. Cəfərovun ünvanına sərt ittihamlar

    ADPU-nun keçmiş əməkdaşından C. Cəfərovun ...

    20-11-2017, 16:10

  • 
  • Azercell-dən BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün Mobil Media təlimi

    Azercell-dən BDU-nun Jurnalistika fakültəsinin ...

    22-05-2015, 13:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu