“O daima yüksək rütbəli şəxslərin adından istifadə etməklə tabeliyində olanları qorxu altında saxlayır”
Baş verən son hadisələr bir daha sübut etdi ki, həqiqətən də öz dedikləri kimi Cəfər Cəfərov və onun komandası məhkəmələri ciblərində gəzdirdirmək iqtidarındadır. Qanunlara məhəl qoymayan C.Cəfərov Səbayıl rayonu məhkəməsini də qeyri qanuni hərəkətlərə yol verməyə sürüklədi. Hakim Elmar Rəhimov universitetin hüquqşünasi Zakir Nağıyevə ünvanladığı "Siz hansı meyarları əsas tutub Arzu Əliyevanın işinə xitam vermisiniz? Onun nəticələri axı yüksəkdir" sualına heç bir cavab almadığı halda, özü hansı meyarları əsas tutaraq onların xeyrinə qərar vermişdir. Hakim Elmar Rəhimovun qərarı oxuyarkən necə əzab çəkdiyini isə hiss etmək o qədər də çətin deyildi. Maraqlıdır ki, qanunların aliliyini rəhbər tutaraq qərar qəbul etməli olan hakim nədən, yaxud kimdən qorxaraq belə ədalətsiz qərar qəbul edir? Məhkəmələrdə baş verən olayları görəndən sonra düşünürəm ki, C.Cəfərov yəqin ki, qanunlardan böyük qüvvədir.Yoxsa Səbayıl rayon məhkəməsinin hakimləri qanunları pozmaqdan qorxmalı olduqları halda özləri qanunları pozaraq C.Cəfərovun iradəsinə uyğun qərarlar verməkdə davam etməzdilər. Artıq Səbayel rayon məhkəməsinin doğru qərarlar qəbul edəcəyinə inanmadığım üçün həqiqətləri apellyasiya məhkəməsində axtarmağa çalışacam. Görəsən C.Cəfərov apellyasiya məhkəməsinin hakimlərinə də öz maraqlarına uyğun qərarlar qəbul etdirə biləcəkmi? Baş verənlərlə bağlı Təhsil Nazirliyi isə susmağa və mövqeyini bildirməməyə üstünlük verir . Tutduğu vəzifəyə, mövqeyə yalnız gəlir mənbəyi kimi baxan C. Cəfərov vəzifəsindən istifadə edərək islahat adı altında onun şəxsi maraqlarına cavab verməyən insanları şərləməklə işdən çıxaran və həmin boşaldılmış yerlərə öz kriteriyalarına uyğun şəxsləri toplayan, dövlətə, qanunlara məhəl qoymayan, şəxsi marağını hər şeydən üstün tutan birisidir. O daima yüksək rütbəli şəxslərin adından istifadə etməklə tabeliyində olanları qorxu altında saxlayır. Əgər yüksək ədalətinə inandığim hakimlər təkzibedilməz faktlara məhəl qoymayaraq qanunsuz qərar qəbul edirlərsə, 5 ay ərzində Prezident Aparatına dəfələrlə şikayət ərizələri verdiyim halda heç bir nəticə əldə olunmursa mən çox sevdiyim Vətənimdən hara gedim? Yoxsa mən
C. Cəfərova bir loxma çörək üçün yalvarmalıyammı? Bütün bu suallarıma çox inandığım Prezident Aparatının yüksək rütbəli şəxslərinin cavab verməsini xahiş edirəm.
C. Cəfərovun qondarma attestasiya qərarında göstərilmişdir ki, guya mən tutduğum vəzifəyə uyğun deyiləm. Əslində isə C.Cəfərov attestasiya komissiyasının qərarını əsas götürüb məni tutduğum vəzifədən azad edərək başqa vəzifəyə təyin etməli olduğu halda , ƏM 70-ci maddəsinin "c" bəndinə əsasən əmək müqaviləmə xitam vermişdir. Məsələnin kökündə duran səbəb isə tamam başqadır. Belə ki, attestasiya zamanı həyacandan dünyasını dəyişən əməkdaşımız Arzu Əliyevin ölümü ilə bağlı rəy bildirdiyimə görə bütün bunları mənə yaşatmişlar. C.Cəfərov nədənsə Aydın Kərimov kimdir sualını hələ də cavabsız qoyub. Görünür suala cavab verməkdə çox çətinlik çəkir. Bəs kimdir Aydın Kərimov? Qatı müxalifətçi və cəbhəçi, Pedaqoji Universitetdə C. Cəfərovun tabeliyində olan əməkdaşları şərləyib işdən çıxarmağa köməklik edən silahdaşı, həmyerlisi və uşaqlıq dostudur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?