GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Böyük Qarabağ anlaşması üçün unikal model: Rusiya “kartları” dəyişir

Böyük Qarabağ anlaşması üçün unikal model: Rusiya “kartları” dəyişir

Tarix: 27-11-2017, 10:46 Bölmə :Cəmiyyət Baxış: 364
Böyük Qarabağ anlaşması üçün unikal model: Rusiya “kartları” dəyişir


ATƏT-in Minsk Qrupu tarixin arxivinə verilir?; Suriya anlaşması Moskva, Ankara və Tehranın Cənubi Qafqazda da ortaq məxrəcə gəlməsini yaxınlaşdırır; üçlü həmsədrlik əvəzinə “regional üçlük” - mümkünsüz olan mümkünə çevrilə bilər, əgər...; rusiyalı analitik: “Şansı qaçırmaq Ermənistan üçün ölümcül olacaq...”

Ötən həftənin mühüm hadisələrindən biri də Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin - Putin, Ərdoğan və Ruhaninin Suriya böhranı mövzusunda keçirdiyi görüş oldu. Görüş Suriya (Yaxın Şərq) böhranının həllində tarixi əhəmiyyətli anlaşmanın əldə olunması ilə yadda qaldı. Əksər ekspertlərə görə, bu format uğurla davam edərsə, Yaxın Şərqdəki ən qanlı münaqişə ocağı söndürülə bilər.

Ən önəmlisi, Soçi görüşü və onun nəticələri üç paytaxtın digər konfliktlərin həllində də ortaq əməkdaşlığı üçün yaxşı örnək yaradır. Həmin konfliktlərdən biri də 29 ildir alovlanan Dağlıq Qarabağ münaqişəsidir.

*****

Bu xüsusda tanınmış rusiyalı siyasi analitik və tarixçi Oleq Kuznetsovun Azərbaycan mediasına son müsahibəsində bəzi fikirlər diqqət çəkir. Politoloq deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həlli üçün həqiqətən də İran və Türkiyənin yardımından istifadə edə bilər (Axar.az).

“Laçın və Kəlbəcər istisna olmaqla, 5 rayonun Azərbaycana qaytarılması təklifi 1999-cu ildən etibarən Rusiya tərəfindən müxtəlif tonallıqla təklif olunur. Mən sizə deyim ki, bəlkə də daha çox. 1999-2016-cı illərdə Ermənistan bu addımı atmağa yaxın idi. 1999-cu ildə İrəvanda olan terror aktından, Nair Unanyanın terror təşkilatının erməni siyasi elitasının 22 nümayəndəsini qətlə yetirəndən sonra hakimiyyətə Köçəryan- Sərkisyanın ”Qarabağ planı" gəldi. Amma hətta o da 2015-ci ildə Azərbaycana güzəştə getməyə hazır idi. Lakin 2016-cı ilin aprel döyüşləri Kremlin bu təşəbbüsünün reallaşmasına imkan vermədi" - analitik deyib.

Onun sözlərinə görə, Moskva Qarabağ münaqişəsinin nizamlanması məsələsində İrəvana daim təzyiq göstərir. “İndi - Suriyadakı beynəlxalq terrorizmə qarşı Moskva nüfuza sahib olduğu bir dövrdə bu, daha da kəskinləşib. Lakin bütün dünyanı silah gücünə sülhə məcbur edən ”şahin" imici ilə yanaşı, Rusiya həm də beynəlxalq konfliktləri danışıqlar yolu ilə həll edə bilən “göyərçin” obrazına da sahibdir. Buna görə də Rusiya indi Dağlıq Qarabağ mövzusuna dair obyektiv səylərini artırır və bundan sonra da artıracaq", - deyə politoloq qeyd edib.

Ekspertin qənaətincə, hazırda Kreml Ön Asiya regionundakı münaqişələrin həllində prinsipial olaraq yeni taktikaya keçib və bunu Suriyanın timsalında aydın görmək olar: “Avropa və ABŞ əvəzinə Rusiya Türkiyə və İranla danışıqlar masasına oturdu, onları Suriyadakı sülhün və sabitliyin təminatçısı olaraq seçdi. Əminəm ki, əgər bu regional nizamlanma modeli Suriyada özünü doğruldarsa, Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun səyləri nəticəsində deyil, İran, Türkiyə və Rusiya vasitəsilə həlli yolunu tapacaq”.

Politoloq fikrini belə əsaslandırıb: “Hamımız Türkiyənin Azərbaycan, İranınsa Ermənistan üzərində necə bir təsirə sahib olduğunu bilirik. Rusiya isə Cənubi Qafqaz ölkələri üçün əsas silah tədarükçüsüdür. Yəni yalnız Rusiya, İran və Türkiyə Azərbaycan və İrəvana siyasi yollarla deyil, praktiki təsir göstərə bilir. Qarabağ probleminin yeni mərhələdə həlli yolu, məncə, məhz bu cür baş tutacaq. Hazırda İrəvanın dünyada beynəlxalq arenanın sözünü dinləyən normal dialoq qurmaq qabiliyyətinə malik ölkə imici ilə bu konfliktə son qoymaq şansı var. Lakin o, həm də bu tarixi şansı qaçırıb bütün münasibətləri məhv də edə bilər, bu isə Ermənistanın taleyi üçün ölümcül olacaq”.

Tanınmış rusiyalı telejurnalist və təhlilçi Maksim Şevçenko da Qarabağ probleminin həllini Ankara-Moskva-Tehran dialoqunda mümkün sayır. Onun sözlərinə görə, Qərbin, ABŞ-ən hədəfi əksinə, Qarabağ konflikti hesabına bölgədə möhkəmlənib “Rusiya, Türkiyə və İranı Cənubi Qafqazdan vurub çıxarmaqdır”.

*****

Əlbəttə ki, hər iki rusiyalı təhlilçinin mövqelərini bölüşmək də olar, bölüşməmək də. Məsələn, qeyd eləmək olar ki, Rusiyanın da əsas hədəflərindən biri Qarabağ ixtilafı hesabına bölgədə möhkəmlənməkdir. Lakin ABŞ və Avropadan fərqli olaraq, Kremlin bu problemi çözmək üçün əlində real rıçaqlar var. Yəni Rusiya istəsə, ədalətli şərtlərlə problemin həllində ciddi irəliləyişə nail ola, bu zaman bölgədə qala da bilər.

Yaxud “5 rayon” qarşılığında Azərbaycanı gözləyən potensial fəsadları burda xatırlatmaq olardı. Ancaq biz “Lavrov planı” və ya “Putin planı” deyilən və bir neçə rayonun qaytarılmasının nəzərdə tutulduğu iddia edilən variant haqda müfəssəl bilgiyə malik deyilik. Bir neçə rayon qarşılığında Bakıya qarşı irəli sürülən şərtlər haqda da yalnız ekspertlər səviyyəsində ehtimal və mülahizələr irəli sürülüb.

Ancaq maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə Soçi görüşündən sonra belə bir fikir söyləmişdi: “İşğal olunmuş 7 rayondan 5-i ilə bağlı daha əvvəl çıxan qərar var. Bu qərarlara əməl edilməsinin vacibliyi üzərində dayandıq. Putin məsələyə müsbət baxır, amma görürəm ki, çox ümidli deyil”.

Ayrı sözlə, 5 rayon məsələsi artıq Türkiyə üçün də təzə məsələ deyil və ola bilsin ki, mətbuatda hallanan şərtlər gerçəyi dolğunluğu ilə ifadə eləmir. Hər necə olmasa, qardaş ölkə rəhbərliyi Putinlə təmaslarda Azərbaycanı qane etməyən həll variantında israr eləməz. Ankara-Moskva ilişgilərinin həm də Suriya məsələsindən dolayı getdikcə dərinləşməsi isə Qarabağ ixtilafının, Qafqazdakı digər ixtilafların həllinə də pozitiv inikas edə bilər - nəyə ki, rusiyalı politoloq Oleq Kuznetsov yuxarıda vurğu salıb.

Onu da nəzərə alsaq ki, işğalçı Ermənistan Türkiyə-Rusiya yaxınlaşmasından xüsusi təlaş keçirir, o zaman İranın Qarabağ prosesinə qoşulması İrəvan üçün müəyyən mənada “bufer rolu” oynaya və böyük anlaşmanı həqiqətən də yaxınlaşdıra bilər.

Hərçənd, fərqli yanaşmalar da var. O sırada politoloq Arzu Nağıyev diqqəti belə bir məqama çəkir: “Təklifdə Azərbaycana Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının qaytarılması nəzərdə tutulur. Fikir verin, Ağdam istisna olmaqla, digər adları çəkilən rayonlar İranla həmsərhəddir. Azərbaycanın işğal olunmuş ərazilərindən İranla 143 km olan sərhədinə heç bir dövlət tərəfindən nəzarət olunmur. Əgər sabah İran sərhədlərin müzakirəsi məsələsini önə çıxarsa, bu, artıq beynəlxalq səviyyədə müzakirə olunacaq bir problemə çevriləcək. Bunu anlayan Ermənistan məhz buna görə sözügedən məsələdə özünü sığortalamağa çalışır. Guya həmin rayonlar İranla bufer zonasıdır və gələcəkdə regionda təhlükəsizliyə təhdid yarada bilər. Reallıqda 5 rayon məsələsinin əsl mahiyyəti məhz bundan ibarətdir”.

*****

5 rayonun qaytarılması ilə bağlı Azərbaycana vəd edilən risklərə gəlincə, əslində Türkiyə olan yerdə bu mümkün ola bilməz. Qardaş ölkə Azərbaycanın ziyanına olan prosesdə yer almaz. Çünki “Azərbaycanın dərdi bizim dərdimizdir” deyib Ərdoğan. Əminik ki, bu yanaşma Moskva-Ankara-Tehran həll üçlüyündə də aparıcı olacaq.

Regional güclərdən ibarət üçlü format isə gerçəkdən də Qarabağ məsələsində ATƏT-in Minsk Qrupu üçlüyünü uğurla əvəzləyib praktik nəticəyə nail olmaq imkanına malikdir. Bir şərtlə ki, Suriya məsələsindəki kimi Dağlıq Qarabağ məsələsində də Moskva həll təşəbbüslərində eyni dərəcədə səmimi olsun. Yerdə qalanlar elementlərdir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Minsk qrupu acizdir"

    Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Minsk qrupu ...

    7-06-2017, 13:44

  • 
  • Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Minsk qrupu acizdir"

    Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Minsk qrupu ...

    7-06-2016, 13:44

  • 
  • Soçidə Putinlə Ərdoğanın görüşü başladı — Görüşdən İLK AÇIQLAMALAR

    Soçidə Putinlə Ərdoğanın görüşü başladı — ...

    13-11-2017, 20:48

  • 
  • Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

    Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək ...

    28-07-2016, 18:11

  • 
  • Görüş təsdiqləndi

    Görüş təsdiqləndi ...

    4-08-2014, 19:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu