GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

Tarix: 28-07-2016, 18:11 Bölmə :Dünya Baxış: 523
Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

Qərb Türkiyə və Rusiyanı qədər ortaqlarına çevirir; gözlər Ərdoğanda, nəzərlər Peterburqda; Ankaranın qərarı nə olacaq?..
Ərdoğan-Putin təması “Su 24" insidentinə görə iki ölkə arasında qırılmış əlaqələrin bərpasından sonraya təsadüf edən ilk görüş kimi də diqqətdədir. Ola bilsin, həmin görüş çərçivəsində hansısa sənəd, protokol, anlaşma imzalanmasın. Ancaq elə bir ortaq bəyanat verilsin ki, bu, doğrudan da Cənubi Qafqaz daxil, böyük bir regionun taleyinə təsir eləsin. Yəni Peterburq danışıqları hansısa böyük mərhələnin başlanğıcı kimi də tarixə düşə bilər.

Belə bir gözlənti üçün indi heç vaxt olmadığı qədər ciddi əsaslar var. Məsələ ondadır ki, hazırda həm Rusiya, həm də Türkiyə - daha çox da təbii ki, Rusiya - Qərbdən, ABŞ-dan küskün və təcrid durumdadır. Qardaş ölkədəki son hərbi çevriliş cəhdində ABŞ-ın “barmaq izi”nin tapılması, Avropa Birliyinin qiyam məsələsinə laqeydliyi, Moskvanın isə dərhal həssas davranaraq Ankaraya dəstək nümayiş etdirməsi, Putinin Ərdoğana zənd edərək onu müdafiə eləməsi Türkiyəni Rusiyaya daha da yaxınlaşdırıb; iki ölkəni faktiki şəkildə və heç vaxt olmadığı qədər tale ortaqlarına çevirib. 9 avqust danışıqlarının ən mühüm özəlliyi də budur.

***
Bəs iki lider zamanın diktə elədiyi şərtləri nə dərəcədə ciddiyə alıb da irəliyə birgə addımlar ata biləcəklər? Bunu yəqin ki, zaman göstərəcək. Çünki yaxınlıq üçün əsas və zəmin güclü olsa da, ziddiyyətli mövzular da yox deyil. Söhbət ilk növbədə Suriya və PKK məsələlərinə fərqli münasibətdən gedir. Bəllidir ki, ki, bu məsələlərdə, məxsusən də Bəşər Əsədə münasibətdə Moskva və Ankara yetərincə fərqli baxışlara malikdir.

Əksər ekspertlər də Suriya mövzusunda nə dərəcədə anlaşma əldə olunacağının görüşün yekununa böyük təsir göstərəcəyi qənaətindədir.

“Türkiyə və Rusiya prezidentlərinin görüşündə Putin ilk növbədə Ərdoğandan Əsədi devirməyə dəstək verməməyi istəyəcək”. Bu sözləri siyasi şərhçi İlqar Vəlizadə axar.az-a açıqlamasında deyib. Politoloq Moskva və Ankaranın Suriya ilə bağlı siyasətində mühüm gedişlərə imza atılacağını və tərəflərin bundan sonra ortaq şərtlər qarşılığında hərəkət edəcəyini güman edir.

Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

“Son gedişatlar və Türkiyənin Rusiya ilə barışması fonunda Moskvanın Ankaraya yeni şərtləri olacaq. Türkiyə və Rusiya prezidentlərinin görüşündə çox ciddi hadisələr baş verəcək. Rusiya Türkiyəni ilk növbədə Suriyadakı mövcud rejimə qarşı konkret addımlar atmamağa və Əsədin devrilməsi ilə bağlı planlara dəstək verməməyə dəvət edəcək. Əlbəttə ki, Türkiyənin də Suriyada öz maraqları var. Əgər 2-3 il öncə Əsədi devirmək əsas tələb idisə, indi vəziyyət bir qədər dəyişib. Ankara da öz növbəsində Suriyadakı kürd birləşmələrini neytrallaşdırmaq üçün Moskvanın PYD-yə dəstəyi dayandırmasını əsas şərt kimi qoyacaq. Hər iki ölkənin Suriyada siyasəti bundan sonra qarşılıqlı şərtlər əsasında reallaşacaq” - ekspert qeyd edib.

Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

***

“Bir sıra hadisələr hazırda Rusiya və Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişafına təkan verir”. Bunu isə politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Rusiya və Türkiyə liderləri avqust görüşündə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərini təyin edəcəklər: “Liderlərin görüşündə birmənalı şəkildə iki ölkə arasında strateji tərəfdaşlığın formatı əsas müzakirə predmeti olacaq. Hazırda baş verən bir sıra siyasi proseslər Moskva və Ankaranı daha sıx əlaqələr qurmağa vadar edir.

Qərbin Türkiyəyə qarşı sərgilədiyi mənfi baxışlar, eyni zamanda Avropa paytaxtlarından Türkiyənin ünvanına səsləndirilən tənqidi bəyanatlar fonunda Moskva və Ankara daha da yaxınlaşacaq. Bu isə regionda müəyyən mənada stabilliyin güclənməsinə səbəb ola bilər”.
Ekspert sözügedən siyasi amilin və yaranmış zəminin Qarabağ məsələsinə təsirlərindən də söz açıb: “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hazırda birmənalı fikir söyləmək çətin olsa da, hər halda, Rusiya son zamanlar Azərbaycana qarşı müəyyən mülayim mövqe nümayiş etdirir. Türkiyə isə müttəfiqimizdir. Bu iki gücün daha sıx əlaqələri Qarabağ məsələsində müsbət amilə çevrilə bilər”.

Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

***

Deməli, görüşün nəticələri işğalçı Ermənistandakı daxili ictimai-siyasi duruma, Sərkisyan rejiminin siyasi aqibətinə də təsirsiz ötüşməyəcək. Bu yerdə yada salaq ki, Moskva və Ankara arasında türk-erməni sərhədinin açılması məsələsinin də diqqətdə olacağı barədə məlumatlar yayılıb. Sərhədlər isə Qarabağ konfliktinin həllində real irəliləyiş olacağı təqdirdə mümkündür. Hər halda, Ərdoğan hökumətinin bu günə prinsipial mövqeyi bundan ibarətdir.


Putin-Ərdoğan görüşü: regionun taleyini dəyişəcək tandem

Beləliklə, Sankt-Peterburqda baş tutacaq Ərdoğan-Putin görüşü diktator Bəşər Əsəddən tutmuş, Dağlıq Qarabağ və Sərkisyanın aqibətinədək bir çox aktual mövzulara aydınlıq gətirə, satellit prezidentlərin taleyinə işıq sala bilər.

Analitik xidmət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan-Putin danışıqları üç saatdan çox davam edib

    Ərdoğan-Putin danışıqları üç saatdan çox davam ...

    1-12-2014, 23:09

  • 
  • Putinlə Ərdoğanın görüş yeri və vaxtı MƏLUM OLDU

    Putinlə Ərdoğanın görüş yeri və vaxtı MƏLUM OLDU ...

    29-06-2016, 19:06

  • 
  • "ABŞ-ı başa düşmürəm…" - Putin

    "ABŞ-ı başa düşmürəm…" - Putin ...

    15-10-2015, 21:58

  • 
  • Ərdoğan bəyanat yaydı

    Ərdoğan bəyanat yaydı ...

    10-05-2016, 12:53

  • 
  • Ərdoğan: Türkiyənin hərbi kontingentinin İraqdan çıxarılması məsələsi müzakirə olunmur

    Ərdoğan: Türkiyənin hərbi kontingentinin İraqdan ...

    11-12-2015, 03:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu