Amerikalı keçmiş federal prokuror professor Daniel Riçman, ABŞ-da davam edən Rza Zərrab işini mediaya dəyərləndirib.
“Habertürk”ə danışan professor Daniel Riçman keçmiş bir federal prokurordur. Bu şəxs həm də Zərrab haqda araşdırmanı başlayan Nyu York Cənub Bölgə Prokurorluğunda "kassasiya baş prokuroru" vəzifəsində işləyib. Daniel Riçmanla müsahibəni təqdim edirik:
"ZƏRRAB BİR OTELDƏ OLA BİLƏR”
Həbsxana qeydlərinə görə, Zərrab orada deyil, azadlıqdadır. Səlahiyyətlilər "federal nəzarət altındadır" deməklə kifayətlənirlər. Nəzarət deyərkən hökmən həbsxanada olması məcburiyyətindədirmi? Yoxsa bir oteldə casusların nəzarətində qala bilər?
Son dediyiniz çox ehtimal daxilindədir. Müstəsna hallarda, hökumətlə mühüm əməkdaşlıq içərisinə girən müqəssirlər, federal nəzarət altında sərbəst buraxılır. Belə hallarda Federal Təhqiqatlar Bürosu (FTB) o insanın məsuliyyətini öz üzərini götürür və onu başqa yerə aparır.
Bir başqa ssenari də Zarrabın yeni bir üz və yaxud başqa sənədlər altında sərbəst buraxılmasıdır...
Şahid Qoruma Proqramını eşitmisiniz. Risk altında olan və hökumətlə əməkdaşlıq edən şəxslər proqrama daxil edilirlər. Əgər müttəhim həbsxanadadırsa, başqa yerlərə nəql ediləcək xüsusi yerlər var. Əgər azad edilmişsə, yerləri dəyişdirilir və yeni bir şəxsiyyəti təsdiq edən sənəd verilir. Burada sifəti dəyişdirəcək estetik əməliyyatllara da ehtiyac qalmır, çünki bura böyük bir ölkədir, birini saxlamaq çox asandır.
Ankara, Zərrab davasında "İki ölkə arasında ticarət məsələsi söhbət prdmetidir. Bu yöndə BMT embarqosu da yoxdur" deyir. O zaman iddianın əsası nədir?
Embarqoları təmin etməyin yollarından biri bunu öz bank sistemimiz üzərində tətbiq etməkdir. Biri yüklü miqdarda pulu yük maşınına doldurur və Türkiyə-İran sərhədindən keçirsə, əlbəttə ki, bu bizi maraqlandırmır. Amma Zərrab davasında baş verən bu deyildi. Amerika bank sistemini bu işlərin bir hissəsi etsəniz, əlbəttə ki, ABŞ-a beynəlxalq korrupsiya və ya terror davası açma haqqı verirsiniz.
Yəni başqa ölkənin vətəndaşlarına da cinayət işi açma hüququna maliksiniz..
Başqa ölkələrin vətəndaşları, Amerika qanunlarını pozmaq üçün Amerika təşkilatlarını qətiyyən istifadə edə bilməz. Daha əvvəl İngilis və Fransız bankları İran sanksiyalarını pozduğu üçün cəza aldı. Onlar da Amerikan məhkəməsi tərəfindən edilən bu ittihamlardan məmnun deyildilər. Amma bu, Amerika prokurorlarının apardığı standart bir prosedurdur. Yalnız Türkiyəylə bağlı deyil yəni.
İttihamnaməyə görə, Zərrab araşdırması 2010-2015 illər arasında aparılmışdır. Telefonlar, e-poçtlar təqib edilmişdir. ABŞ bir Türk vətəndaşını Türkiyə ərazisində necə texniki təqibə alır? Bunun hüquqi əsası nədir?
ABŞ əcnəbilərə qarşı casusluq fəaliyyəti apara bilər. Bunu etmək üçün çox geniş bir qanuni mexanizmlər vardır. Qanunlar MKİ və digər kəşfiyyat təşkilatlarına ölkə xaricində texniki təqib səlahiyyəti verir.
Xarici qulaq asmaları NASA-mı yerinə yetirir?
Bəli. Zərrab dinləməsini də böyük ehtimalla onlar görmüşdür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?