Rza Zərrab böyük bir ehtimalla FTB tərəfindən şahid qoruma proqramı çərçivəsində hər hansı bir gizli yerdə saxlanılan şəxs statusundadır.
gundemxeber.az bildirir ki, bu barədə CHP-li millət vəkili Ömər Süha Aldan danışıb. Qeyd edək ki, Zərrabın vəkili 5 gündür ondan xəbər ala bilmədiklərini açıqlamışdı. Türkiyə Xarici İşlər Nazirliyi isə ötən gün Rza Zərrabın vəziyyəti ilə bağlı ABŞ-a nota vermişdi. ABŞ rəsmi açıqlamada R.Zərrabın həbsxanada olduğunu bildirmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?