Beyləqanda başlayan etiraz aksiyaları səngimək bilmir. Dünən daha bir etiraz aksiyası keçirilib. Əhali bahalıq, işsizlik və bu kimi başqa sosial problemlərdən doğan tələblərini səsləndiriblər.
Rayon rəhbərliyi əhalinin aramsız sualları qarşısında aciz qalıb. Polis aksiyanın başlanğıcında etirazçılara qarşı zor tədbiq etmək istəsə də, toplaşanların kəskin reaksiyasından sonra geri çəkilib. Sakinlər bütün Beyləqanın ayaga qaldıracaqları niyyətindədirlər! Aksiyaçılar bildiriblər ki, əgər bir həftə ərzində tələbləri yerinə yetirilməsə, gələn bazar günü bütün Beyləqan , Fizuli, Agdam rayonları ərazisində əhali yerli hakimiyyətə qarşı etiraz mitinqlərinə başlayacaqlar. Mətbuata video çəkiliş yollayan Beyləqan rayon sakinləri bütün rayon əhalisi adından müraciət yayıb Muraciətdə deyilir: Rayonda polis özbaşınalığı həddini o qədər aşıb ki, Beyləqan, Ağcabədi, Zərdab və İmişli ərazisini əhatə edən AĞ Göl Milli Parkının ərazisində adıçəkilən rayonların polis rəsilərinin oğurluq mal – qaralarının saxlandığı və bəslənilərək kəsib satan və mənimsəyən cinayətkarların yuvasına çevrilib. Bu cinayyət illərdir davam edir məyər bunu Ramil Usubov bilmir? Rayon Polis şöbəsinin rəsi cinayətkarlıqla mübarızə aparmaq əvəzinə özü cinayət edir və Beyləqanlılarda bunu bilir. Məsələn Azərbaycanımızın bir sıra əyalətlərində bəzi rayon polis şöbə rəisləri ərazilərində olan bütün ticarət obyektlərinə “aylıq haqq” qoymaları barədə deyilənlər və yazılanlar heç də yalan deyil. Eyni zamanda bəzi polis rəisləri iri şəhərlərdə rayonlarda , çirkin qazanc əldə etmək məqsədi ilə hətta əyaltlərdə fahişəliyin və narkobiznesin, iri və xırda buynuzlu heyvanların oğrulanmasını özləri təşkil edir. Eyni zamanda cinayətkar qruplarla əlbir işləyirlər. Açıq aşkar əldə edilən cirkli pulların bir qisminin Nazır Ramıl Usubova çatdırdıgını rayonun polis şöbəsinin rəisi gizlətmir. Görün vəziyyət nə yerdədir? Biz Beyləqan rayon sakinləri artıq vəziyyətimizin və sosial problemlərimizin son dərəcədə kəskin aşagı oldugunu nəzərə alaraq davamsız aksiya keçirmək qərarı veririk. Sizdən xahiş edirik, qorxmayın, çəkinməyin, sizdə ayaga qalxın. Bütün Azərbaycanlılardan bizimlə eyni gündə ölkənin bütün şəhər və qəsəbələrində kəndlərində etiraza qalxmalarını rica edirik!!! Beyləqanlılar sözünü 1 gun əvvəl dedi və deyəcəyik. Cünki, xalq söz verib. Davamı və dəstəyi Azərbaycanın digər rayonlarından görmək istəyirik. Sizlərdə bizə dəstək verin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?