Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.
Bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstə üzlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?