GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qalstuklu -“hicablı” dələduzlar

Qalstuklu -“hicablı” dələduzlar

Tarix: 3-12-2017, 20:36 Bölmə :Cəmiyyət Baxış: 457
Qalstuklu -“hicablı” dələduzlar


Son illərdə ölkədə artan cinayətlərdən biri də dələduzluqdur.

Demək olar ki, hər gün mediada bununla bağlı yazılar dərc olunur. Məhkəmə baxışına verilən bu kateqoriyadan olan işlərdə ilginc faktlar üzə çıxır. Ötənlərdə o qədər anormal adamlar və inanılmaz hadisələrlə rastlaşmışıq ki, bizləri təəccübləndirmək asan deyil. Amma məhz bu dələduzluq olaylarının detalları ilə tanış olanda, necə deyərlər, adamın əli üzündə qalır. Düşünürsən ki, bir adam nə qədər hiyləgər, qurbana çevrilən insanlar isə nə qədər sadəlövh olarmış.

Bir məqam da diqqət çəkir. Əgər əvvəllər fırıldaqçılıqla məşğul olanlar, dost-tanış, yaxın uzaq demədən qarşısına çıxan hər kəsə bir uydurma ilə pul “atan”, kələk gələnlər kişi cinsinə mənsub idisə, son zamanlar qadınlar da bu “sənətə” gəliblər. Hətta banda şəklində fəaliyyət göstərən dələduz dəstənin içərisində də mütləq bir qadın olur, əsasən də inandırmaq işini məhz onlar həyata keçirir. Axı bizim cəmiyyətdə qadının daha humanist olması təsəvvürləri var...

Qalstuklu -“hicablı” dələduzlar


Ümumən insanlar daha çox işədüzəltmə məsələsində dələduzluğa məruz qalırlar. Yəni bir nəfər ortaya çıxır, bəzən bir səlahiyyəti olur, bəzən isə sadəcə rola girir, özünü səlahiyyətli şəxs kimi təqdim edir, müxtəlif adamları pul müqabilində işə düzəldəcəyini söyləyir. Azərbaycan insanının da ən yaralı yeridir işə düzəlmək məsələsi. Sovetlər vaxtından şüurlara hopub ki, əgər pul verməsən, işə düzələ bilməzsən. Bu, sanki bir “milli ənənə” halını alıb. Əlbəttə, burada həqiqət payı var. Hansısa idarə və müəssisələrdə müəyyən bir aradüzəldənlərin əliylə, yaxud da elə birbaşa rəhbərliyi “görməklə” işə qəbul olmaq halları mövcuddur. Amma onu da etiraf etmək lazımdır ki, son illərdə dövlət idarə və müəssisələrinə işə qəbul ya rəsmi imtahanladır, ya da prosesi bağlı qapılar arxasında həyata keçirmək imkanları məhdudlaşdırılıb. Yəni vakansiyalar elan olunur və xeyli adam şəffaf şəkildə işə düzələ bilir. Ancaq vəziyyət tam olaraq şəffaf da deyil. Son iki ildə baş verən devalvasiyalardan, bir sıra müəssisələr bağlanandan, ixtisarlara gedəndən sonra iş axtaranların sayı da artıb. Bu isə dələduzların əlinə fürsət verib.

İşə düzəltmə adı altında dələduzluq işləri üzrə hazırda ölkə boyunca yüzlərlə məhkəmə, istintaq işi gedir.

Eyni zamanda, mənzil dələduzluğu da ifrat dərəcədədir. İş o yerə çatıb ki, prokurorluq ötən həftə genişmiqyaslı araşdırmalar apararaq, bir neçə şirkətdəki saxtakarlıq faktlarını birləşdirirək, cinayət işi başlayıb. Hər həftə dələduzluqla əlaqədar 2-3 şikayətçi də gəlib birim redaksiyaya şikayət edir, kömək istəyir.

Qalstuklu -“hicablı” dələduzlar


Dələduzları anladıq, onlar ən çirkin metodlarla pul qoparmağa çalışır. Mən burada ağıllı, savadlı vətəndaşların “qara quyuya” hansı məntiqlə pul atmasını anlaya bilmirəm.

Dekabrın 2-də məhkəmə qarşısına çıxarılan - dələduzluqda təqsirləndirilən, bağça müdirəsi qiyafəsinə girmiş bir qadının işi üzrə baş verənləri mətbuatdan oxuyarkən vətəndaşların davranışlarından da heyrətlənməmək mümkün deyil.

Bu qadın internetdə elan verib ki, bağçaya işə adam düzəldirəm. Camaat da tanımaza-bilməzə durub gəlib 2 min manatı tutdurub əlinə ki, mənə iş ver.

Qalstuklu -“hicablı” dələduzlar


Bu da deyib yaxşı, gəl gedək göstərim harda işləyəcəksən. Aparıb bağça obrazı verdikləri bir ofisi göstəriblər ki, burada işləyəcəksən. Adamlar da düz 6 ay gəlib-gedəndən sonra başa düşüblər ki, nə bağça, nə iş, adam hamını aldadıb. Nə lisenziya var, nə bir rəsmiləşmə. Sonra da gediblər hüquq-mühafizə orqanlarına şikayət ediblər, indi də məhkəmədə pullarını tələb edirlər. “Bağça müdirəsi” də deyir ki, nə pul? Beləcə, həmin qadına 5-6 il iş də verəcəklər, pul da batacaq. Əgər onun şikayətçilərə pul ödəmək fikri olsaydı, iş məhkəməyə də gəlib çıxmazdı. Məşədi İbad demişkən, adam bir baxmaz ki, bu kişidir, ya arvad?!..

Ən acınacaqlısı, adamlar məhkəmədə deyiblər ki, bu xanım indi məhkəməyə hicabsız gəlir, amma bizi işə düzəldən vaxtlarda “hicablı” idi, fikirləşdik beləsindən ziyan gəlməz...

Deməli, dələduzlar üçün müqəddəs heç bir dəyər yoxdur! Hicabdan belə öz çirkin niyyətləri üçün istifadə edir, maskalanırlar. Ümumiyyətlə, insanlarımız bilməlidir ki, dələduzlar çox yaxşı maskalana bilirlər. Əgər sizə hansısa vasitəçilik etmək istəyən, pul müqabilində işə düzəldəcəyini deyən adam kostyum-qalstukda qarşınızda dayanıb, özünü ən mədəni, kamil insan kimi təqdim edirsə, sürətlə qanunvericilikdən sitatlar gətirirsə, insanlıq dərsləri keçirsə, ilk şübhəniz elə buradan başlasın. Eyni ilə də “dindar” qiyafəsinə girən “həci” və “həcixanım”ları da çox diqqətlə araşdırın, Allah zatən enində-sonunda onlara qənim olur, sadəcə, siz qurbana çevrilməyin. Hər qarşınıza çıxana iş üçün pul verəcəksinizsə, tikilməmiş binaya görə pul ödəyəcəksinizsə, dələduzluğa özünüz şərait yaratmış olacaqsınız.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xəyanət edən qadınlar özlərini necə aparır? Aldadan qadının evdə, internetdə və yataqda davranışları

    Xəyanət edən qadınlar özlərini necə aparır? ...

    10-05-2017, 23:37

  • 
  • Dənizdəki hicablı qadının əri danışdı

    Dənizdəki hicablı qadının əri danışdı ...

    30-07-2014, 18:41

  • 
  • Türkiyəni qana bulayan hicablı qadın imiş

    Türkiyəni qana bulayan hicablı qadın imiş ...

    28-04-2016, 15:04

  • 
  • Gündüz kişi, gecə qadın olanlar

    Gündüz kişi, gecə qadın olanlar ...

    27-01-2015, 23:47

  • 
  • İNANILMAZ!!!! Xoşqədəmin verilişində Rusiyanın müdafiəsinə kimlər qalxdı?

    İNANILMAZ!!!! Xoşqədəmin verilişində Rusiyanın ...

    26-11-2015, 17:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu