İtaliyanın Maliyyə Qvardiyasının əməkdaşları 1,3 milyard avro məbləğində vergidən yayınma üzrə istintaq çərçivəsində "Gucci" şirkətinin Milan və Florensiya şəhərlərindəki ofislərində yoxlamalar aparıb.
Istintaqın versiyasına görə, Fransanın "Kering" holdinqinə məxsus olan Şirkət bir neçə il ərzində vergi sənədlərində gəlirləri barədə məlumatları vergi rejiminin daha münbit olduğu İsveçrədəki bölməyə verib.
Şirkətin istefaya göndərilmiş artıq sabiq top menecerinin ifadəsi ilə başladılan işin fiqurantları arasında Şirkətin rəhbərliyinin, o cümlədən baş icraçı direktor Marko Bitstsarinin adı çəkilir. Öz növbəsində, Şirkətin nümayəndələri vergi əməliyyatlarının şəffaflığına tam əminliklərini ifadə ediblər.
İtaliyanın "La Stampa" qəzetinin məlumatına görə, "Gucci"nin 2017-ci ilin üçüncü rübündəki gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% artıb. "Kering" holdinqinin ümumi gəlirinin, təxminən, 40%-ni təşkil edən brendinin ümumi satış həcmi iyul-sentyabr ayları ərzində 1 milyard 553 milyon avro təşkil edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?