O həmçinin jurnalistin 3 il ərzində rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmasını istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal-13”ün rəhbəri Əziz Orucovun işi üzrə dövlət ittihamçısı çıxış edib.
O, Ə.Orucovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror bildirib ki, qardaşlar - Anar və Əziz Orucovlar qrantlar haqqında qanunu pozublar. Onlar “Qafqaz Media Araşdırmalar Mərkəzi” QHT-nin hesabından külli miqdarda vəsaiti çıxararaq onu nağdlaşdırıblar.
Ancaq xarici donorlarla qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Lakin müqavilə qrant sayıla bilməz və vəsaitdən mənfəət əldə etmək üçün istifadə olunub.
Eyni zamanda vergi ödənilməyib və bunu ekspertiza da təsdiq edib. Bundan əlavə, müttəhimin hesabına 35 min manatdan çox vəsait köçürülüb və bundan da vergi ödənilməıyib”, - dövlət ittihamçısı bildirib.
Dövlət ittihamıçısının sözlərinə görə, Ə.Orucovun günahı “məhkəmədə tam sübuta yetirilib”. O, jurnalistin 7 il azadlıqdan məhrumedilməsini və 3 il ərzində rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmasını istəyib.
Məhkəmədə iştirak edən vəkil Əlibaba Rzayev digər iki vəkilin – Elçin Sadıqov və Cavad Cavadovun olmamasını əsas gətirərək çıxışa hazırlaşmaq üçün vaxt verilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib və növbəti iclası dekabrın 12-nə təyin edib.
Ə.Orucov 2014-cü ildə yerli və xarici QHT-lərə qarşı cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib.
O, CM-in 192.2.2 (külli miqdarda mənfəət əldə etməklə qanunsuz sahibkarlıq) 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. Həmin maddələr üzrə maksimum cəza 8 ilədək azadlıqdan məhrumetmədir./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?