GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yeni nazir kollektivə təqdim olundu

Yeni nazir kollektivə təqdim olundu

Tarix: 7-12-2017, 11:22 Bölmə :Cəmiyyət Baxış: 385
Yeni nazir kollektivə təqdim olundu


Vergi orqanlarında dəyişiklik gözləntisi

Fazil Məmmədovun vergilər naziri postundan alınması, yerinə Mikayıl Cabbarovun gətirilməsi cəmiyyətin diqqət mərkəzində qalmaqdadır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarovu nazirliyin kollektivinə təqdim edib.

Yeni nazirin təyin olunması haqqında prezidentin sərəncamını oxunub, R.Mehdiyev yeni nazirə işlərində uğurlar arzulayıb. Köhnə naziri vəzifəsindən edən səbəblər, yeni nazirin işinin öhdəsindən gəlib-gəlməyəcəyi ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, F.Məmmədov daha çox son vaxtlar sahibkarlıq subyektlərinə təzyiqlərə görə qınanılır. Vergi orqanlarının büdcə proqnozlarına əməl olunmasını təmin etməklə əsaslandırdığı bu təzyiqlərə görə sahibkarlar arasında narazılıqlar ciddi şəkildə artmışdı.

Bununla bağlı iş çevrələrində ciddi müzakirələrin aparılırdı. Bir çox sahibkarlar vergi orqanlarının onlardan əsaslandırılmamış halda yüksək məbləğdə vergi, bir çox hallarda isə qeyri-rəsmi ödənişlər tələb etdiyindən şikayətlənirdilər. Onlar digər qurumların yoxlamalarından azad olduqları, lakin son vaxtlar verginin hamını əvəz etdiyini, biznesə ciddi maneələr yaratdığını deyirdilər. Bu narazılıqlar bir çox hallarda məsələnin məhkəmə müstəvisində həll olunmasına gətirib çıxarırdı. Rəsmi statistika göstərir ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə qaldırılan cinayət işlərinin sayında artım var.

Nazirin dəyişməsi vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərə hansı təsirləri göstərə bilər? Vergilər sistemində bundan sonra nə kimi dəyişikliklər mümkündür? Nəhayət, bu sistemdən məlumatının az olduğu deyilən M.Cabbarovdan hansı gözləntilər var?

Deputat Vahid Əhmədov deyir ki, F.Məmmədov kifayət qədər təcrübəli kadr, peşəkar iqtisadçıdır: “Mən onu yüksək səviyyəli mütəxəssis kimi qiymətləndirirəm. Lakin son vaxtlar onun səhhəti ilə bağlı problemləri vardı. Bu problemləri nəzərə alaraq cənab prezident onu işdən kənarlaşdırdı. 2016-cı ilin axırlarında biz onunla Milli Məclisdə çox ciddi islahatlar, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər qəbul etdik”.

Parlament üzvünün sözlərinə görə, yeni vergilər nazirinin hansı işləri görəcəyini, necə işləyəcəyini zaman göstərəcək: "Ümumiyyətlə, Vergilər Nazirliyi daim dəyişikliklər, islahatlar tələb edən bir sahədir. Çünki iqtisadiyyat dayanmır, inkişaf gedir, yeniliklər sürətlə bir-birini əvəz edir. İqtisadiyyatın bur sürətinə uyğunlaşmaq üçün vergi orqanlarında çevik dəyişikliklər olmalıdır. Düzdür, son vaxtlar nazirlikdə həm kadr, həm də struktur baxımından böyük dəyişikliklər edilmişdi. Amma bunu daha da dərinləşdirmək lazımdır. Elə etmək lazımdır ki, əhali, sahibkarlarla vergi orqanları arasında ciddi problem qalmasın, həm də şəffaf olsun. Bu sahədə hansı dəyişikliklərin baş verəcəyi Mikayıl Cabbarovdan asılı olacaq. Hazırda Vergilər Nazirliyində çoxsaylı peşəkar mütəxəssislər var, lakin yenilərinin də gətirilməsi lazım gələcək. Güman ki, bacarıqlı mütəxəssislərdən istifadə ediləcək, o cümlədən cənab prezidentin Vergilər Nazirliyi ilə bağlı tapşırıqları var, onlar da icra olunacaq. Vergi sistemində, Vergi Məcəlləsində müəyyən dəyişikliklər ola bilər. Ümumiyyətlə, vergi sistemini hamı üçün əlçatan etmək lazımdır. Vergilər Nazirliyi strateji əhəmiyyətli bir qurumdur, dövlət büdcəsinin 70-80 faizini təmin edir. Buna görə də oradakı proseslər bütün ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Mikayıl Cabbarov çox ağır yükün altına girib"...

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, nazirin kimliyi ilə yanaşı, sistem və işə yanaşma da bu məsələdə mühüm rol oynayır: “Əgər yeni nazir Mikayıl Cabbarov öz komandası ilə gəlib yeni yanaşma tətbiq edəcəksə, o zaman müəyyən dəyişikliklər gözləmək olar. Hər şey yanaşmadan, komandanın düşüncələrindən asılı olacaq. Bu gün biz bilmirik ki, vergilər kimi strateji bir quruma rəhbər gələn şəxsin bu sahə barədə fikirləri nədir”.

Müsahibimiz deyir ki, yeni nazirin qarşısında həlli vacib olan 2 məsələ var: “Bunlardan birincisi Vergilər Nazirliyinin imici ilə bağlıdır. Bu günə qədər Vergilər Nazirliyi, ümumiyyətlə, vergi sistemi iş adamlarının qorxulu röyasıydı. Sahibkarların başı üzərində Domokl qılıncına çevrilmişdi. Bu qorxulu röyadan iş adamlarının dostuna çevrilə biləcəksə, iş adamları ilə birgə müzakirələr aparıb, birgə qərarlar qəbul edə biləcəksə, bu imic tamamən dəyişmiş olacaq. Bu isə çox vacib amildir”.

N.Cəfərli ikinci mühüm məsələ kimi Vergi Məcəlləsi və ona tez-tez edilən çoxsaylı dəyişikliklər praktikasını qeyd edir: “Bu məcəllə həddən artıq böyük sənəddir, qalın bir kitab halındadır. Bəlkə də dünyada ən çox maddələri olan vergi məcəllələrindən biridir. Bu isə doğru yanaşma deyil, məcəllə sadələşməli, kifayət qədər aydın dildə yazılmalıdır, vergi öhdəlikləri ilə bağlı təkrarlanmalar aradan qaldırılmalıdır. Vergi qanunvericiliyinin tez-tez dəyişməsi praktikasına son qoyulmalıdır. Təkcə bu ilin yanvar ayında Vergi Məcəlləsinə 201 dəyişiklik və əlavə qəbul olundu. Bu, iş adamları üçün böyük təhlükə siqnalıdır. Bax, bu 2 məsələni həll edəcəksə, yeni nazirin ciddi dəyişikliklər etdiyini deyə biləcəyik”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi

    Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi ...

    6-12-2017, 21:33

  • 
  • Fazil Məmmədovu bitirən səbəblər

    Fazil Məmmədovu bitirən səbəblər ...

    5-12-2017, 22:01

  • 
  • Mikayıl Cabbarovaun uşaqlıq dostu daha yüksək vəzifəyə təyinat aldı

    Mikayıl Cabbarovaun uşaqlıq dostu daha yüksək ...

    31-07-2013, 15:30

  • 
  • Prezident iki naziri niyə dəyişdi - növbədə kimlər var?

    Prezident iki naziri niyə dəyişdi - növbədə ...

    6-12-2017, 21:01

  • 
  • Vergilər Nazirliyində struktur dəyişikliyi

    Vergilər Nazirliyində struktur dəyişikliyi ...

    9-06-2016, 11:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu