Əldə etdiyimiz məlumata görə, Ağdam rayonunun Xındırıstan kəndində “Sevinc” şadlıq sarayının həyətində 60 ədəd çinar ağacı satılması üçün kəsilib.
Verilən məlumata görə, şadlıq sarayının müdiri Məlahət xanım RIH başçısı Raqub Məmmədovla razılaşaraq həmin ağacları kəsdirərək parket sexlərinə satılmağını planlaşdırıb. Çəkiliş qrupunun operativ şəkildə ağacları görüntüləməsi mümkün olsa da, məsələ ilə bağlı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bərdə Regional idarəsinin mövqeyini öyrənmək mümkün olmayıb. Qarşı tərəfin cavab haqqı var. İstənilən vaxt adı çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?