GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Saleh Məmmədov: “Bir qəpik də artıq verən deyiləm…”

Saleh Məmmədov: “Bir qəpik də artıq verən deyiləm…”

Tarix: 8-12-2017, 12:52 Bölmə :Cəmiyyət Baxış: 421
Saleh Məmmədov: “Bir qəpik də artıq verən deyiləm…”


Metronun “28 May” stansiyasının yaxınlığında – Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində 142 ailənin yaşadığı beşmərtəbəli bina yolların genişləndirilməsi layihəsi çərçivəsində sökülür. Binada 85 yerli sakin, 57 məcburi köçkün ailəsi yaşayır. Mayın əvvəlindən yerli sakinlərə bildişlər təqdim edilib. Onlara mənzillərin ümumi sahəsinə uyğun 16-20 min manat kompensasiya ödənilir. Bu isə sakinlərin narazılığına səbəb olub.

gundemxeber.az bildirir ki, bu barədə virtualaz.org saytına sakinlər danışıblar.

Kövkəb Səfərəliyeva küçəsində köhnə, istismar müddətini tamamlanmış binaların sökülməsi, sakinlərin köçürülməsi ilə “Azəravtoyol” ASC məşğul olur. Amma Bakıda bundan əvvəl söküntü aparılan digər ərazilərdən fərqli olaraq bu binada qəribə vəziyyət yaranıb. Köçməyə razılaşan sakinlərin evlərindən qapı-pəncərə çıxarılır, elektrik xətti kəsilir, tavan, döşəmə dağıdılır. Beləliklə də bina qəzalı vəziyyətə salınır. Nəticədə köçmək istəməyənlərin bu binada yaşaması qeyri-mümkün olur, yaxud əsl işgəncəyə çevrilir. Qeyd edək ki, bu Bakıda əvvəllər də söküntülər zamanı inadkar sakinləri evlərindən qaçmağa məcbur etmək üçün tətbiq edilən, yaxşı işə yarayan taktikadır.

“Evdə yorğana bürünüb otururuq”

Sakinlərin də sözlərinə görə, bina qəsdən qəzalı vəziyyətə salınır ki, onlar köçməyə məcbur olsunlar. “Artıq 20 ailə köçdü. Dərhal da onların mənzillərində otaqların qapı-pəncərəsi çıxarıldı. İndi küləkdən evdə oturmaq mümkün deyil. Balaca bir otağı 2 elektrik sobası qızdırmır. Qışda kimin qapısına gedəcəyik? Hələ indidən evdə yorğana bürünüb otururuq”, -Əhməd adlı sakin deyir.

Digər sakin isə deyir ki, qapı-pəncərə söküləndən sonra yağan yağış dəhlizə qədər axır. Buna görə də gecə-gündüz allaha dua edirlər ki, yağış yağmasın.

“Saleh Məmmədov dedi ki, 1 qəpik artıq ödəməyəcəm”

Sakinlərin sözlərinə görə, digər yataqxanada məskunlaşan ailələrə 45 min manat kompensasiya ödənilib. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov isə deyib ki, bu yataqxanada sakinlərə kompensasiya yaşayış sahəsinin ölçüsünə görə ödəniləcək, razılaşmayanlar çarə axtarsınlar.



Əliyar Baxışov tramvay-trolleybus parkının işçisi kimi 25 il əvvəl bu yataqxanada bir otaqla təmin edilib. Deyir ki, yataqxanada yaşayan digər sakinlər kimi onun da maddi imkanı olmadığından ev ala bilməyib. İndi isə 16 min manatla küçələrdə yaşamağa məcburdur. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovla görüşüb, amma aldığı cavabdan şoka düşüb.

“Kompensasiya hesablanarkən Nazirlər Kabinetinin 9 iyun, 2015 ci tarixli qərarı, yəni yaşayış sahəsi az olan mənzillərin qiymətləndirilməsi qaydası pozulub. 3 dəfə Saleh Məmmədovun qəbulunda olduq. Dedi ki, otaqlara hər kvadratmetrə görə 1500 manatdan bir qəpik yuxarı ödənilməyəcək. İstəmirsinizsə köçməyin”-sakin deyir.

Saleh Məmmədov narazı sakinlərə onu da deyib ki, kompensasiya alanların otaqlarını dərhal sökəcəklər. Narazılar işıq, su xəttini kəsəndən sonra təkrar müraciət etsinlər.

Ə.Baxışov onu da qeyd edir ki, baş nazirin müavini Abid Şərifovla görüşmək üçün dəfələrlə Nazirlər Kabinetinə gediblər, hər dəfə də Şərifovun məşğul olduğunu eşidiblər. “Biz yalnız ondan soruşmaq istəyirik, 16 min manatla harada mənzil ala bilərik. Bizim taleyimiz necə olacaq? Qərar verərkən bazar qiymətlərini niyə nəzərə almırlar? Amma təəssüf ki, Şərifov bizi qəbul etmək istəmir”, -şikayətçi söyləyir.

Yeni ildə məktubdan süpriz çıxacaq?

Məcburi köçkünlər isə deyirlər ki, yerlilərdən fərqli olaraq onların taleyi müammalıdır. Çünki dəqiq məlumat verən yoxdur. “Məcburi köçkün ailələrini qeydiyyata alıblar. Bizə dedilər ki, siz yerlilərə qatışmayın, sakit oturun. Yeni ildə süpriz olacaq, məktubdan xoş xəbər çıxa bilər. Biri də deyir ki, yeni il hədiyyəsi olaraq köçürülə bilərsiz”, -adını açıqlamaq istəməyən, Füzuli rayonundan köçkün düşən qadın deyir.

Digərləri də deyirlər ki, köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Çünki balaca otaqda yayda istidən, qışda soyuqdan yaşamaqdan beziblər. “Oğlumun birinin 33, digərinin 38 yaşı var. Ev olmadığından evləndirə bilmirəm. Bəlkə bizə ev və ya kompensasiya verərlər”,-köçkün əlavə edir.

Vidadi adlı köçkün isə söyləyir ki, bina qəzalı vəziyyətə düşdüyündən qışda nə edəcəklərini bilmirlər.

Köçkün qadınlardan biri isə ayaqyoluna baxmağımızı təklif edir. Uçub-tökülmüş, çirkdən divarının rəngi bilinməyən ayaqyolundan gələn üfunət dəhlizin o başından adamı boğur. Kanalizasiya xətti işləmədiyindən çirkab suları beşinci mərtəbədən birinci mərtəbəyə qədər damır.

“25 ildir bu çirkabın içində uşaq böyüdürük. Bu yataqxanada doğulan uşaqlar hərbi xidməti başa vurublar. Çoxu müxtəlif xəstəlikdən əziyyət çəkir”, -Nərgiz adlı köçkün əlavə edir.

Yataqxananın qarşısında çoxmərtəbəli binalar tikilir. Sakinlər deyirlər ki, yolun genişləndirilməsi bəhanədir, çünki artıq yeni yol çəkilib. Görünür, binanın yerində ya yeni göydələn tikiləcək, ya da göydələndə yaşayanların istirahəti üçün park salınacaq.../Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Söküləcək binanın sakinlərindən şikayət: "Bizə elə kompensasiya təklif edirlər ki..." - FOTO

    Söküləcək binanın sakinlərindən şikayət: ...

    29-08-2017, 14:42

  • 
  • Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu bağladı

    Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu ...

    7-07-2017, 19:43

  • 
  • Tağı Əhmədov depo ərazisindəki evləri sökməyə başladı

    Tağı Əhmədov depo ərazisindəki evləri sökməyə ...

    22-01-2014, 13:10

  • 
  • Qazax Elektrik Şəbəkəsi rəsinin özbaşınalığı

    Qazax Elektrik Şəbəkəsi rəsinin özbaşınalığı ...

    11-04-2017, 16:05

  • 
  • Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi lift tikdirir - (Fotolar)

    Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi ...

    29-10-2014, 21:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu