GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Suraxanıda tənha ana 5 azyaşlı uşağı ilə küçədə qalıb -REPORTAJ

Suraxanıda tənha ana 5 azyaşlı uşağı ilə küçədə qalıb -REPORTAJ

Tarix: 11-12-2017, 11:03 Bölmə :Cəmiyyət Baxış: 432
Suraxanıda tənha ana 5 azyaşlı uşağı ilə küçədə qalıb -REPORTAJ


Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində 24 saylı yataqxanada yaşayan ailələr yerli icra hakimiyyəti tərəfindən hüquqlarının pozulduğunu bildirirlər.

Belə ki, 1960-cı illərdə inşa olunan bina qəzalı duruma düşdüyündən icra hakimiyyəti tərəfindən köçürülməsi planlaşdırılır.

Lakin sakinlər mənzilləri üçün verilən kompensasiyanın azlığından narazıdırlar.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və sakinlərin şikayətini dinləyib.

Qəzalı binada vəziyyət acınacaqlıdır. 1960-cı illərdə inşa edilən yataqxana tipli yaşayış binasında ümumilikdə 71 ailə məskunlaşıb. Suraxanı Rayon İcra Hakimiyyəti oradan 51 ailəni köçürüb.

Digərləri isə onlara veriləcək olan 35 min manat kompensasiya ilə razılaşmayıblar.

Qeyd edək ki, binada yaşayanların əksəriyyəti sovet hökuməti zamanı balıq limanında çalışanlardır.

Onların dediyinə görə, 40 ildir ki, bu binada məskunlaşaraq, ev növbəsi gözləyiblər: “Bu illər ərzində ev verilməsi üçün növbəyə yazıldıq. Bu cür qəzalı durumda olan binada çətinliklə yaşadıq. Lakin köçürülmə gələndə icra nümayəndələri düzgün hesablama aparmadılar. İki ailəni bir ailənin üstünə yazırlar. Burada ailələr var ki, qızı bir mənzildə, anası isə başqa bir mənzildə yaşayır.

Ancaq bunlar üçün fərq etmir. Halbuki onların mənzili ayrıdır. İndi həmin ailələri azyaşlı uşaqları ilə birgə yaşadıqları mənzildən çıxarıb, söküntü aparmaq istəyirlər. Hökumətdən indiyə qədər nə torpaq, nə də ev almışıq”.

Ərazidə olduğumuz zaman dəhşətli mənzərənin şahidi olduq. Bir mənzildə yaşayan 5 azyaşlı uşaq və anasını olan Göyçay rayon sakini Günay Əhmədova mənzilindən çıxarılıb, əşyaları küçələrə tökülüb.

Çarəsiz ana daha öncə köçürülən ailələrin boş otaqlarına sığınıb.

Ancaq icra nümayəndələri ailənin orada da yaşamasına icazə vermir: “2006-cı ildən burada məskunlaşmışam. Mənzilimin sənədləri də var. Notariusdan və başqa lazımı yerlərdən sənəd almışam. O zaman maddi imkanım olmadığından qeydiyyata almadılar. Bununla bağlı lazımı orqanlara ərizə yazmışam, məktuba cavab gəlib, lakin icra hakimiyyəti baxmayıb. İcra nümayəndələri evimə gələrək məni hədələdilər. Dedilər ki, binada qanunsuz yaşayırsan, çıxmalısan.

Uşaqlarımın gözü önündə evdəki əşyaları çölə tökdülər. Birtəhər toplayıb, köçürülən ailələrin boş otağına yığdım Lakin icra nümayəndələri yenə də öz bildiklərini edir, balalarımla məni çölə atırlar.

Bütün qonşular da mənim burada çoxdan yaşadığıma şahiddirlər. İcra nümayəndələrinə deyirəm ki, mən 5 uşaqla hara gedim? Deyirlər ki, bizlik deyil, hara gedirsən, get...”.

Məsələ ilə bağlı Suraxanaı Rayon İcra hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq.

Musavat.com-a danışan İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələləri üzrə şöbə müdiri Barxudar Barxudarov vəziyyəti belə izah etdi: “Bizim tərəfimizdən müəyyənləşdirilib ki, həmin binada yaşamaq hüququ olan 71 ailədir. Artıq 51 ailə veriləcək kompensasiya ilə razılaşaraq köçüblər. Bəziləri isə onlara verilən kompensasiyalarla razı deyillər və müxtəlif tələblər irəli sürürlər.

Elə ailə var ki, bir otaqda məskunlaşıblar. Lakin həm oğlu, həm də özü üçün ayrıca kompensasiya tələb edir. Bu şəkildə etirazlar edirlər”.

B.Barxudarov bildirdi ki, sakinlər kompensasiya və digər məsələlərlə bağlı məhkəməyə müraciət edə bilərlər: “Onlara bildirmişik ki, əgər verilən kompensasiya ilə razı deyillərsə, bununla bağlı məhkəməyə müraciət etsinlər. Məhkəmə hansı qərarı qəbul etsə, o qərara uyğun iş aparılsın.

Bildiyiniz kimi, bu vəsaitlər Maliyyə Nazirliyi tərəfindən ayrılır. Əgər doğrudan da məhkəmə bir ailə üçün yox, iki ailə üçün kompensasiya verilməlidirsə, biz aidiyyatı üzrə yenidən müraciət edərik”.

B.Barxudarov həmin binada yaşamağın təhlükəli olduğunu da diqqətə çatdırdı: “Bina çox qəzalı durumdadır. Hər an bədbəxt hadisələr baş verə bilər. Yaxşı olar ki, sakinlər kompensasiya ilə razı olmasalar belə başqa bir yerə köçsünlər və məhkəmə prosesini davam etdirsinlər. Hər ailə üçün 35 min manat kompensasiya nəzərdə tutulub. Narazı sakinlərdən bir neçəsi artıq məhkəməyə müraciət ediblər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlilabadda bina çökdü: 16 ailə təxliyyə edildi

    Cəlilabadda bina çökdü: 16 ailə təxliyyə edildi ...

    12-11-2015, 13:04

  • 
  • Yataqxana uçdu, sakinlər Prezident Administrasiyasının qarşısına toplaşdı

    Yataqxana uçdu, sakinlər Prezident ...

    27-08-2015, 23:15

  • 
  • Saleh Məmmədov: “Bir qəpik də artıq verən deyiləm…”

    Saleh Məmmədov: “Bir qəpik də artıq verən ...

    8-12-2017, 12:52

  • 
  • 'Ana bir də xəbər tutub ki, siçovul uşağın barmağını gəmirib'

    'Ana bir də xəbər tutub ki, siçovul uşağın ...

    14-11-2016, 16:17

  • 
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (210)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu