Azərbaycanda murdar və leş ətlərdən istifadə olunaraq kolbasa, sosis məmulatlarının hazırlanması haqqında dəfələrlə yazılıb
gundemxeber.az-ın cebhe.info-ya istinadən məlumatına əsasən, bu dəfə şikayət ölkəmizdə müxtəlif çeşidli kolbasa və sosis istehsalı ilə tanınan "Səhliyalı" şirkətinin "Halal nemət, 1000 bərəkət" markalı məhsulundandır.
“20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən “Araz” marketdən sosisi aldım, evə gəlib, yemək hazırlayanda, xoşagəlməz mənzərə ilə üzləşdim”, - deyə şikayətçi bildirib.
K.Qasımova sosisin şəkillərini çəkərək, redaksiyamıza təqdim edib.
Fotolara baxan zaman efirdə gecə-gündüz reklamı gedən bu məhsulun keyfiyyəti və mənşəyi ilə bağlı ciddi şübhə yaranır.
İnternetdə bu müəssisə ilə bağlı kiçik bir araşdırma aparan zaman “Səhliyalı” şirkətinin leş ətlərdən geninə-boluna istifadə etdiyi iddiası ilə rastalşdıq. Hətta, şirkətin qoca, südsüz heyvanların ətindən istifadə etdiyi bildirilir. Həmçinin, bir müddət əvvəl "Halal nemət, 1000 bərəkət" markalı məhsulun içindən qurd çıxması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olduğu da mətbuatda yer alan yazılarda qeyd edilir.
Bu iddianın nə dərəcədə doğru, yaxud yalan olduğu barədə bir fikir deyə bilmərik.
Şirkət rəsmilərinin mövqeyini dinləyib, aydın şəkildə yazmağa hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?