Marketdən alınan TAC MMC şirkətinə məxsus qəndin içindən görün nələr çıxdı... Bu barədə BakuPress-in daimi oxucularından biri S.Məmmədova məlumat verib. Onun sözlərinə görə, marketdən aldığı qəndin içərisindən qara tarakan və şüşə qırıntısı çıxıb. Oxucu qəndin içərisindən çıxanların şəkillərini çəkərək redaksiyamıza yollayıb.
Çox təəssüflər olsun ki, bu gün ölkəmizdə bir çox ərzaq məhsullarının hazırlanması və satışı istiqamətində bir çox pozuntular mövcuddur.Xüsusi ilə qənd və şəkər tozu sahəsində qida təhlükəsizliyi ilə bağlı çoxlu sayda pozuntular var. Bəzi sahibkarlar cibləri pulla dolsun deyə millətin sağlamlığını düşünmürlər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bunlara nəzarət etməlidir!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?