Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Müsavatın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib.
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, siyasi məhbus Əlikram Xurişidovun müdafiəsi ilə bağlı görülən işlər haqqında Divana ətraflı məlumat verib. Başqan Arif Hacılı Balakəndə jurnalist Əfqan Muxtarlının məhkəməsi haqqında geniş məlumat verib. Divan üzvü Elman Fəttah Ankarada Türkiyə Anıtlar Dərnəyinin təşkilatçılığı ilə Qarabağ problemi və məhv edilən abidələrdən bəhs edən konfrans haqqında məlumat verib. Eyni zamanda Xasay Fərzullanın, Mehman Hüseynovun və Qiyas İbrahimovun məhkəmə proseslərində müsavatçıların iştirakı xüsusi qeyd edilib. Müsavat Divanı Qiyas İbrahimova və atasına qarşı növbəti məhkəmə qərarını qisasçılıq aktı kimi qiymətləndirilib. Divan hakimiyyəti Azərbaycan məhkəmələrindən siyasi vasitə kimi istifadəyə son qoymağı, bütün siyasi məhbusları qeyri şərtsiz, dərhal azad etməyi tələb edib. İclasda 19 dekabr, saat 15:00-da Müsavat Partiyasının Mərkəzi Qərargahında “Gizli Müsavat”ın rəhbərlərindən olan Dadaş Həsənzadənin anadan olmasının 120 illik yubileyinin keçirilməsinə hazırlıq işləri ilə bağlı müzakirə aparıb. Divanda ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər geniş müzakirə olunub./bastainfo.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?