GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azadlığa buraxılan modelyer Səbinə: “Bu işlərin arxasında dayananı…”

Azadlığa buraxılan modelyer Səbinə: “Bu işlərin arxasında dayananı…”

Tarix: 21-12-2017, 13:49 Bölmə :Cəmiyyət Baxış: 381
Azadlığa buraxılan modelyer Səbinə: “Bu işlərin arxasında dayananı…”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən tanınmış modelyer Səbinə Hüseynin məhkəmə iclası başa çatıb

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və S.Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona şərti cəza verilərək, məhkəmə zalından azadlığa buraxılıb.

4 gün öncə həbs edilən və bu gün yenidən azadlığına qovuşan S.Hüseynova baş verənlərə aydınlıq gətirib. Modelyer qeyd edib ki, onun həbs olunmasına səbəb dələduzluq deyil, məhkəmə proseslərinə qatılmamasıdır:

"Mətbuatın haqqımda yazdığı yalnış xəbərləri qəbul etmirəm və həqiqəti əks etdirməyən hər xırda detalı təkzib etmək istəyirəm. Həbsimin səbəbi dələduzluq edib, kiminsə pulunu mənimsəməyim kimi yalnış xəbərlər yox, mənim məhkəmə prosesinə qatılmamağımdır. Ağır Cinayətlər Məhkəməsi də haqqımda müvəqqəti həbs qərarı verib. Amma mən bu xəbərlərin haradan qaynaqlandığını yaxşı bilirəm. Əməkdar artist Röya Ayxanın yollarımızı ayırdığımızla bağlı paylaşdığı videodan bəzi insanlar istifadə etdi. Bu paylaşıma ilk, yumşaq desək, reaksiya verən portal Cocktail.az oldu ki, bu gün sarı mətbuat statusu ilə fəaliyyət göstərir. Nə qədər istəməsəm də, həmin şəxsin adını açıqlamaq məcburiyyətindəyəm. Söhbət portalın əməkdaşı Ruslan Əliyevdən gedir. Bu şəxs uzun zamandır çəkişdiyimiz dizayner Ləman Əsgərovanın yaxın silahdaşı və onun sifarişli məqalələrini dərc edən insandır. Xatırladım ki, mənim Ləman Əsgərovaya qarşı 70 min dollarlıq iddiam var. O, ümumilikdə mənə təxminən 150 min dollar məbləğində ziyan vurub. Sadəcə olaraq bəzi sübutlarmız var, bəziləri isə yoxdur”.

Modelyer məhkəmədə iddia olunan məbləğin mediada yalnış qeyd olunduğunu bildirib:

Yayılan xəbərlərdə qarşı tərəfin iddiası 86 min dollar kimi təqdim olunub. Lakin bu belə deyil. Məhkəmə sənədlərində iddia 82 min manat qeyd olunub. 82 min manat iki şərik İlqar Babayev və Günel Adığözəlovanın biznesə birlikdə yatırdığı məbləğdir. İ.Babayev və G.Adıgözəlova malların bir hissəsini özlərinə götürərək məbləğin yarısını kompensasiya ediblər. Malların qalan hissəsini isə götürməkdən imtina etdikləri üçün bütün bu məsələlər baş verdi”.

Modelyer həmçinin Röya Ayxanla da olan münasibətinə aydınlıq gətirib. O, qeyd edir ki, Röyanın onunla işbirliyinə son qoymasına səbəb iki ildir davam edən məhkəmə prosesləri deyil:

"Mətbuatda qeyd olunur ki, Röya ilə yollarımızın ayrılmasına səbəb, guya iki ildir davam edən məhkəmə, bu əsassız dələduzluq iddiasıdır. Bu da yalnış məlumatdır. Mən 15 ildir Röya ilə ilk növbədə dostam və onun hər şeydən xəbəri var idi. Bizim işbirliyimizin bitməsinə səbəb mən öz layihəmlə məşğul olmağa qərar verməyimdir. Mən öz brendimə daha çox diqqət və vaxt ayırıram. Röya isə "First Fashion Lab”ı inkişaf etdirmək istəyir. Biz bu mövzuda ortaq məxrəcə gələ bilmirik. Buna görə də Röya moda evinə yeni dizayner axtarmağa qərar verib. Ancaq bu gün üçün yekun qərar verməmişik. Bəlkə, bu işə başqa dizayner cəlb olunacaq və yaxud da hər hansı bir modelyer mənim qatqımla bu işləri aparacaq. Bu gün demək olar ki, günümün 18 saatı bu moda evində keçir və mənim buna gücüm yetmir. Ancaq nəzərə alsaq ki, bu gün uzun zamandır davam edən məhkəmə prosesi yekunlaşıb. Demək ki, işə ayıracağım vaxt da artıb. Artıq müəyyən stressdən azad olub daha keyfiyyətli iş göstərə biləcəm. Röya ilə bu haqda hələ danışacağıq. Biz hər ikimiz "First Fashion Lab”amaddi və mənəvi güc sərf etmişik. Bura iki 15 il birgə çalışan insanın birliyindən əmələ gəlib.

Bu gün Röya ilə mənim münasibətim və moda evimizin taleyi mətbuatdan asılı deyil. Röya ilə bu illər ərzində çox hadisələr yaşadıq. Bir-birimizə olan münasibəti hələ illər öncə göstərmişik. Lakin son 6 ay ərzində təsəvvür etməyəcəyiniz qədər stresslər yaşadım və Röyaya istədiyim qədər diqqət yetirə bilmədim.

Nəzərə alsaq ki, ikimizin xasiyyətinin çox çətin tərəfləri var, ancaq hər hansısa möcüzə nəticəsində biz bir araya gələ bilirik. Biz sanki ər-arvadıq kimi fərqliyik və kənardan bizə baxanlar "Bunlar necə biri-birini hələ də öldürməyib” deyə təəccüblənirlər. Bir daha hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, Röyanın iki ildir davam edən məhkəmə prosesindən xəbərsiz olduğu yalnış məlumatdır. "First Fashion Lab” bütün hüquqi normalara əsasən yalnız həqiqət üzərində yaranıb”.

Sonda Səbinə qeyd edir ki, bu gün Ağır Cinayətlər Məhkəməsinin qarşısına bir çox jurnalıstlər gəlib: "Oradan çıxarkən məni təbrik etmək istəyən, yaşadıqlarım barədə açıqlama almaq istəyən heç bir mətbuat nümayəndəsi ilə danışmadım və istəmirəm də. 4 gün öncə haqqımda yalan dərc etdikləri zaman düşünməli idilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatın qardaşı oğlu azadlığa buraxılıb

    Deputatın qardaşı oğlu azadlığa buraxılıb ...

    17-03-2017, 21:01

  • 
  • Məhkəmə balıq qaçaqmalçılarını azadlığa buraxdı

    Məhkəmə balıq qaçaqmalçılarını azadlığa buraxdı ...

    26-11-2015, 16:40

  • 
  • Dələduzluq edənə 11 il cəza

    Dələduzluq edənə 11 il cəza ...

    14-05-2015, 12:48

  • 
  • Vahid Mustafayevdən pul oğurlayan hamilə qadına hökm oxundu - 8 il

    Vahid Mustafayevdən pul oğurlayan hamilə qadına ...

    7-09-2017, 21:00

  • 
  • Dələduzluqda təqsirləndirilən aparıcı həbs edilib

    Dələduzluqda təqsirləndirilən aparıcı həbs edilib ...

    15-05-2014, 16:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu