GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Baş redaktor M. Əliyevaya məktəb direktorundan nələr açıqladı? -"genofondu məhv etməkdədir"

Baş redaktor M. Əliyevaya məktəb direktorundan nələr açıqladı? -"genofondu məhv etməkdədir"

Tarix: 26-12-2017, 23:44 Bölmə :Cəmiyyət Baxış: 856
Baş redaktor M. Əliyevaya məktəb direktorundan nələr açıqladı? -"genofondu məhv etməkdədir"


Anaxeber.Az-ın baş redaktoru Azər Talıbov prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

gundemxeber.az bildirir ki, jurnalist dövlət rəhbərliyinə etdiyi müraciətində Bakının Yeni Günəşli qəsəbəsində yerləşən 278 nömrəli orta məktəbin direktoru Məlahət Əliyevanın fəaliyyətindən bəhs edib.
Onun sözlərinə görə, Azərbaycanın gələcəyinə, işıqlı bir nəslinin təhsil səviyyəsinə, bilik bazasına balta vuran 278 nömrəli orta məktəbin direktoru Məlahət Əliyevanın fəaliyyəti təcili şəkildə araşdırılmalıdır.
Baş redaktor qeyd edib ki, ölkə rəhbərliyi Təhsil Nazirliyi qarşısında 278 saylı məktəbin fəaliyyətinin təftiş edilməsi tapşırığı qoyarsa, ciddi qanun pozuntuları aşkarlana bilər.

A.Talıbov bildirib ki, M.Əliyeva 278 saylı məktəbdə Azərbaycanın savadlı nəslinin yetişməsinə nəinki mane olur, genofondu məhv etməkdədir:
“Azərbaycan yaxşı ixtisaslı kadrlar yetişdirmək üçün beşikdən, yəni məktəbdən başlamalıdır. Bir millətin gələcəyini məhv etmək üçün onun təhsili məhv etmək kifayətdir.
Bu, köhnə söz olsa da, aktualdır. Faktiki olaraq Misir Mərdanovun dövründən qalan Məlahət Əliyeva da 278 saylı məktəbdə bisavadlar ordusu yetişdirmək üçün əlindən gələni əsirgəmir.
Prezident təhsilin inkişaf konsepsiyası, strategiyasını müəyyənləşdirən sənəd imzalayıb, “strateji yol xəritəsi” qəbul olunub, Mehriban xanım məktəblərin, bağçaların tikilməsi, maddi-texniki bazasının müasirləşdirilməsi, möhkəmləndirilməsi üçün koordinasiyalı işlər görür.
Amma bu siyasətin əleyhinə gedən, öz miqyasında təhsilə zərbə vuran Məlahət xanım məktəbi marketə çevirib.
Təhsil Nazirliyini saymayan və onu qoruyan yüksək vəzifəli şəxslər olduğunu yaxın çevrəsində bəyan edən bu direktor hər fürsətdə pul yığır.
Valideyn Komitəsinin əli ilə pul yığımını həyata keçirən məktəb direktoru hər ay bir bəhanə tapır. 278 saylı məktəbdə gah süpürgə, gah lampa, gah bayram pulu yığılır.
Elə ki, narazılıq edən valideynlərin şikayəti ilə üzləşir, müəllimləri qabağa verir. Buna görə müəllimlərə valideynlər üz-göz olurlar”.
Baş redaktorun sözlərinə görə, bu məktəbdə təhsil alan şagirlərin əksəriyyəti aztəminatlı ailələrin uşaqlarıdır:
“Valideynlər imkansızlıqdan pul verə bilməyəndə uşaqlarının qabağında xəcalət çəkirlər. Məlahət Əliyeva hamını inandırmağa çalışır ki, hər ay pulu Təhsil Nazirliyi üçün yığır.
Mənim övladım da bu məktəbdə oxuyur. Məlahət Əliyevanın qanunsuz pul yığımı valideynləri boğaza yığıb. Valideynlərin əksəriyyəti də uşaqları məktəbdə utanmasınlar deyə çox vaxt pul yığımına susurlar.
Ancaq hər kəsin bir səbr kasası var. Məlahət Əliyeva nazirliyin adından istifadə edərək pul yığmaqla məktəbdə bazar açıb.
Mən bir valideyn və jurnalist kimi deyə bilərəm ki, bu direktor təhsilin üz qarasıdır. Misir Mərdanovun nazir işlədiyi dövrün kadrıdır və indiyə qədər əməllərini davam etdirir.
Artıq Mikayıl Cabbarov da bu vəzifədən gedib, təzə nazir təyin olunacaq, amma 278 saylı məktəbdə qanunsuz pul yığımı dayanmır”.
A.Talıbov bildirir ki, M.Əliyevanın rəhbərlik etdiyi məktəbdə 1-ci sinifə uşaq götürməyin qiyməti 50 manatdır: “Bu nə biabırçılıqdır?
Bura təhsil ocağıdır yoxsa piştaxta? Bu direktorun fəaliyyəti təcili şəkildə yoxlanmalıdır və vəzifəsindən azad edilməlidir.
Mən prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevadan xahiş edirəm, 278 saylı məktəbdə vəziyyəti aydınlaşdırmaq üçün Təhsil Nazirliyinə tapşırıq versinlər. Bir yoxlama ilə Məlahət Əliyevanın hansı əməllərin sahibi olduğu aydınlaşacaq.
Məlahət xanımın qoyduğu qaydalar daxilində hər uşaqda “süpürgə pulu” üçün 50 qəpikdən tutmuş, 20 manat “8 mart”, “müəllimlər günü” yığımı daxildir.
Bu qiymət və səbəb aralığına sinif otağında xarab olan nə üçünsə usta pulu, şüşə pulu, kağız ləvazimatları üçün pul və bir çox səbəblər daxildir”.
Jurnalist deyib ki, sözügedən təhsil müəssisəsinin paytaxtın mərkəzindən kənarda yerləşməsindən və diqqət mərkəzindən bir qədər uzaq düşməsindən məharətlə faydalanan direktor məktəbdə təhsilin səviyyəsini heçə endirib: “Bundan başqa, məktəbdə davamiyyət məsələsi olduqca acınacaqlı vəziyyətdədir. Əsasən 10 və 11-ci siniflərdə təhsil alan şagirdlər direktorla «razılaşıb» aylığa çıxırlar.
Həmin şagirdlərin əksəriyyəti ali məktəbə repetitor yanında hazırlaşanlardır. Onlar üçün vaxt məhdudiyyəti olduğundan məktəbə intizamlı şəkildə gələ bilmirlər.
Buna görə də aylığa çıxırlar. Mən dövlət rəhbərliyinin diqqətinə bu nüansları çatdırmaqla ümid edirəm ki, Təhsil Nazirliyinə, Bakı Şəhər Təhsil İdarəsinə müvafiq tapşırıqlar veriləcək.
Çünki Məlahət Əliyeva Mehriban Əliyevanın təhsil siyasətinə qarşı iş aparır. Onu da deyim ki, bir neçə ay qabaq məktəbin bufetindən şirniyyat alan şagirdlər zəhərlənmişdi.
O bufetdən gələn gəlirləri özünə götürən direktor qidaların keyfiyyətinə, vaxtı keçmiş olub-olmadığına baxmamışdı.
Məktəbdə dükan açan bir direktorun hansı keyfiyyətli tədris verəcəyi iki vur ikidir. Lakin Məlahət Əliyeva arxalandığı vəzifəli şəxslərə güvənərək özbaşınalıqları durdurmur.
Məktəbdə süpürgə pulu - 50 qəpik, 8 mart Günü 30-40 manat, Müəllimlər Günü 15-20 manat, təmir pulu 5 manat, şüşə pulu 2 manat, kağız ləvazimatları üçün pul 1 manat, təbaşir, silgi, xəkəndaz pulu 1 manat, Yeni il şənliyi 20-25 manat, ordu günü 5 manat, Novruz şənliyi 10-15 manatdır.
Bu işləri onun müavinləri, sinif rəhbərləri, təsərrüfat işlərinə nəzarət edən adamları həyata keçirir.
Mən dönə-dönə prezident və I vitse-prezidentdən xahiş edirəm ki, bu məktəbə həssaslıq nümayiş etdirsinlər”./anaxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirə meydan oxuyan direktor - Məlahət Əliyevanın 278 saylı məktəbdə korrupsiya sistemi

    Nazirə meydan oxuyan direktor - Məlahət ...

    23-11-2017, 12:15

  • 
  • 167 saylı məktəbin direktoru 1000 AZN "hörmət" istədi - FOTO

    167 saylı məktəbin direktoru 1000 AZN ...

    5-11-2015, 19:07

  • 
  • 170 saylı məktəbin direktoru ilə bağlı ilginc iddia

    170 saylı məktəbin direktoru ilə bağlı ilginc ...

    11-09-2015, 16:35

  • 
  • Sumqayıtda yerləşən 24 saylı məktəbdə qarşıdurma yaranıb.

    Sumqayıtda yerləşən 24 saylı məktəbdə qarşıdurma ...

    6-11-2013, 12:39

  • 
  • Bakıda arvadını öldürüb yandıran məktəb direktorunun oğlu imiş...

    Bakıda arvadını öldürüb yandıran məktəb ...

    23-07-2015, 19:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu