GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Türk NATO-su”: Qərbin, yoxsa Rusiyanın “qorxulu royası”...

“Türk NATO-su”: Qərbin, yoxsa Rusiyanın “qorxulu royası”...

Tarix: 29-12-2017, 11:50 Bölmə :Cəmiyyət Baxış: 1 205
“Türk NATO-su”: Qərbin, yoxsa Rusiyanın “qorxulu royası”...


Ankaranın Azərbaycanı da öz ağuşuna alan yeni “Yol xəritəsi” nə vəd edir?; Rusiya nəşri: “Gələcək türk ordusu özünə sürətlə yeni qüvvələri cəlb edərsə...”; politoloq: “Türkiyə artıq NATO çətiri altında yaşayan ölkə deyil”

Bu günlərdə İran informasiya agentliyi “Mehr” maraqlı bir xəbər yaydı. Xəbərdə deyilirdi ki, gələn il Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan “Türk dünyasının birləşmiş ordusu - Avrasiya hərbi qüvvələri” yaradacaq. Bildirilirdi ki, belə bir plan 2013-cü ildən var, lakin türkdilli olmayan və quruma “Avrasiya təhlükəsizlik qüvvələri” statusu ilə qatılmalı olan Monqolustanın üzündən baş tutmayıb.

Sözsüz ki, müstəqil dövlətlər kimi, bu dörd ölkə hərbi struktur yarada bilər. Əgər “Rus NATO-su” - KTMT mövcuddursa, niyə də “Türk NATO-su” olmasın? Önəmlisi, əlbəttə ki, ortaq ordunun yaranmasının 4 dövlətin milli və təhlükəsizlik maraqlarına cavab verməsidir. Nəzərə alsaq ki, qarşıdakı 2018-ci il dünyaya və regiona təhlükəsizlik baxımından xeyli mürəkkəblik vəd edir, o zaman “Türk NATO-su”nun imperativə çevrildiyini söyləmək mümkündür.

*****

Şübhə yox ki, bu plana bir yandan Türkiyənin üzv olduğu, lakin son illər əlaqələri xeyli soyuyan NATO, ABŞ həssaslıqla yanaşacaqsa, o biri yandan Rusiya məsələni diqqətlə izləyəcək. Çünki Moskva Ankara ilə nə qədər yaxın münasibətlərdə olsa da, “Türk NATO-su”nun təsir zonası Rusiyanın “həyati maraqlar” zonası ilə ya kəsişir, ya da onunla həmsərhəddir.

Bu xüsusda Rosbalt.ru nəşrində getmiş dünənki məqalə diqqət çəkir. “Yeni Müsavat” xəbər verir ki, “Yeni Orda” və ya Türk NATO-su?" başlıqlı məqalədə əslində həm də şimal qonşumuzun narahatlığından bəhs edilir.

Məqalədə deyilir: ““İks saatı” artıq yetişib. Avrasiya hərbi qüvvələri BMT-nin sülhməramlı qüvvələri kimi bölgədə təhlükəsizliyi qoruyacaq. Burada ən fəal rol isə “türk ordusu”na təlim keçəcək Türkiyənin üzərinə düşür. Türk dünyasının birləşmiş ordusunun simvolu isə at və 4 ulduz olacaq".

Məqalə müəllifinin iddiasına görə, doğulmaqda olan yeni hərbi blok ən əvvəl NATO-nu narahat edəcək: “Əvvəla, ona görə ki, nəzəri cəhətcə Avrasiya hərbi qüvvələri KTMT üçün bir növ köməkçi qismində ola bilər. İkincisi isə Türkiyə ilə NATO arasında parçalanma artıq Ankaranı özünə hərbi müttəfiqlər axtarmağa vadar edir. Üstəlik, bu, Rusiyanın Yaxın Şərqdə aşkar uğurları və Türkiyənin görünməmiş şəkildə ona yaxınlaşması fonunda baş verir. Türkiyənin NATO üzvlüyü ciddiyə alınarsa, söyləmək olar ki, unikal bir vəziyyət yaranıb”.

Müəllifin fikrincə, ortaq türk ordusunun yaradılması ideyası tamamilə məntiqli görünür: “Türkiyənin girmək istədiyi Avropa Birliyi də öz ordusu haqda danışmağa başlayıb. NATO-nun ideologiyası və ABŞ-ın hökmü artıq Avropaya sərf eləmir. Fransa prezidenti E.Makron deyib ki, Ortaq Avropa Ordusu 2020-ci il üçün, NATO-ya əlavə qüvvələr kimi formalaşacaq. Lakin fransız prezidentinin səmimiliyinə şübhə eləmək olar: nədən ki, Avropa məhz ”separat" silahlı qüvvələr yaratmağı hədəfləyib və NATO-nun da adını ona görə çəkir ki, ABŞ-ı qıcıqlandırmasın. Bir sözlə, türk ordusunun yaradılması ilk baxışda göründüyü qədər elə də qəfil gediş deyil".

Daha sonra məqalədə Türkiyənin Azərbaycandakı sabiq səfiri İsmayıl Alper Coşquna istinadla fikirlər yer alıb: “Hələ 2015-ci ilin martında səfir bildirmişdi ki, vahid türk ordusu yaratmaq çətin olsa da, türkdilli ölkələr strateji vacib regionda yerləşir və onlar sabitlikdə və təhlükəsizlikdə maraqlıdır və öz aralarında dialoq qurmalıdır. Nümunə qismində də o, Türkiyə və Azərbaycanı göstərmişdi - hansı iki ölkə ki, məlum olduğu kimi, müntəzəm birgə hərbi təlimlər keçirir. ”Türk dünyasının ortaq ordusu olsa da, olmasa da, onun ölkələri işgüzar tərəfdaşlardır. Təkcə türk dünyasının dövlətləri deyil, başqa ölkələr də müşahidəçi qismində bu tərəfdaşlığa qoşula bilər" - səfir demişdi. Yəni iki il yarım öncə diplomat vahid türk ordusunun yaranması haqda xəbəri birmənalı təsdiqləməsə belə, türk dünyası üçün əməkdaşlığın “analoq”u qismində NATO-nu göstərib. Xüsusi qeyd edək: səfir həm də müşahidəçilərdən danışıb. Lakin belə bir qurumun yaradılması üçün təşkilat lazımdır. Ehtimal ki, bu da artıq formalaşmaqdadır, çünki Türkiyə bu barədə artıq bəyan edib. Yəni birbaşa türk ölkələrini hədələyən terror təlatümləri, habelə bəzi qüvvələrin bu ölkələrdə hakimiyyət dayaqlarını laxlatmaq maraqları nəzərə alınarsa, bundan ötrü zamanın çatdığını söyləmək olar".

Bəs regional və dünya siyasətində həm də Türkiyə ilə rəqib olan Rusiya bu layihəni dəstəkləyəcəkmi? Müəllif özünün qoyduğu suala belə cavab verir: “Əgər gələcək türk ordusu özünə sürətlə yeni qüvvələri cəlb eləməzsə, yəqin ki, Rusiya hay-küy qaldırmayacaq. Axı müstəqil türk dövlətləri dünya xəritəsində altıdır - Azərbaycan, Qırğızıstan, Türkiyə ilə yanaşı, Qazaxıstan, Özbəkistan və Türkmənistan. Bu ölkələrin hamısı Rusiyanın maraqlar zonasında yerləşir. Bəziləri isə (Qazaxıstan, Qırğızıstan -red.) hətta KTMT-də təmsil olunur ki, bu da onların vahid türk ordusunun bayrağı altında təmsilçiliyinə mane ola bilər. Hərçənd Rusiya ərazisində də türk etnosunun üstünlük təşkil elədiyi regionlar və muxtariyyətlər var. Yəni ki, Rusiyanı şərti olaraq, ”qismən türk dövləti" də adlandırmaq mümkündür. Kəsəsi, əgər “Türk ordusu - vahid Avrasiya qüvvələri” gerçəkdən, yaranacaqsa, bu, çətin ki, orada Rusiyanın kölgə iştirakı olmadan mümkün olsun. Çox şey Türkiyədən və onun öz ambisiyalarını yumşaltmasından, Ankaranın NATO və AB ilə münasibətlərində nə dərəcədə öz maraqlarında təkid edəcəyindən asılı olacaq".

*****

Qardaş ölkə isə nə NATO-nun, nə də ABŞ və Avropanın maraqlarının yedəyində getməyə hazırlaşır. Politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyə artıq NATO-nun itaətindən çıxaraq dünya siyasətində müstəqil oyunçu rolunu daha da gücləndirməkdədir (axar.az). Onun sözlərinə görə, Türkiyə özünə yaxın yeni bölgələr yaratmağa səy göstərir, ona görə də üzünü bir sıra müsəlman və türkdilli ölkələrə çevirib.

“Ankara orada öz maraqlarını təmin etməyə çalışır. Türkiyənin bu genişlənmə siyasətini bəzən Osmanlı dönəminə qayıtmaq planı kimi səciyyələndirirlər. Ancaq bu, heç də belə deyil. Türkiyə buna qədər daxilə yönəlik xarici siyasət yeridirdisə, indi bu xəttə hücumçu bir status verib. Qardaş ölkə öz regionunda sözü keçən bir dövlətə çevrildiyini isbatlamaq üçün bir-birinin ardınca böyük cəhdlər edir. Doğrudur, bu cəhdlər bəzən güclü maliyyə tələb edir. Ancaq hər halda Türkiyəyə yönəlik düşmən cəhdlərini ölkə daxilində deyil, xaricdə qarşılamaq doktrinası özünü doğruldan siyasətdir” - politoloq deyib.

Onun fikrincə, Türkiyə artıq NATO çətiri altında yaşayan bir ölkə deyil: “Qətərdə dövlət çevrilişi cəhdinin qarşısını almaqla və burada öz hərbi bazasını yaratmaqla, eyni zamanda, Sudan tərəfindən müvəqqəti verilən bir adada nümunəvi şəhərcik salmaq öhdəliyini öz üzərinə götürməklə Ankara bir tərəfdən islami dəyərlərin güclənməsinə yardım edir, o biri tərəfdən isə qüdrətini ən azından yaxın çevrəsinə yaymağa çalışır. Bu sarıdan qardaş ölkənin atdığı addımlar artıq öz bəhrəsini verir. Bununla yanaşı, Türkiyə sənaye istehsalına görə dünyanın 13-cü ölkəsinə çevrilir, hətta milli gəlir səviyyəsinə görə Rusiyanı ötüb. Belə olan şəraitdə bir dövlətin müəyyən ambisiyalarının yaranması təbiidir. Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, Türkiyə genişlənmə siyasətini ehtiyatla həyata keçirərsə, qarşıya qoyduğu məqsədlərinə nail ola bilər”.

Bütün hallarda gələn il böyük ehtimalla, Türkiyə və Azərbaycanın episentrdə yer aldığı çox maraqlı geosiyasi gəlişmələrin şahidi ola bilərik. Söhbət ortaq türk ordusu ideyası ilə yanaşı, həm də Azərbaycanda (Naxçıvanda) Türkiyə hərbi bazalarının yerləşdirilməsindən gedir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur

    Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur ...

    13-12-2017, 11:30

  • 
  • 7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır

    7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır ...

    5-07-2017, 12:10

  • 
  • Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza qayıdır?

    Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza ...

    4-07-2017, 11:58

  • 
  • NATO-dan Rusiyaya göz dağı

    NATO-dan Rusiyaya göz dağı ...

    9-03-2015, 15:18

  • 
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu