Yanvarın 9-da ABŞ-ın Los Anceles Universitetinin (UCLA) kitabxanasında Azərbaycan Milli Kitabxanası (AMK) ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib.
UCLA Kitabxanasının direktoru Virciniya Stil (Virginia Steel) bildirib ki, iki kitabxanalar arasında əməkdaşlıq və birgə həyata keçiriləcək layihələr hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılmasına kömək edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?