Havay ştatının fövqəladə hallar rəsmiləri deyir ki, balistik raket təhlükəsi ilə bağlı xəbərdarlıq yanlışdır.
Xəbərdarlıqda "Havaya doğru" təhlükənin gəldiyi bildirilib, sakinlər sığınacaq axtarmağa çağırılıb və bunun "test" olmadığı bildirilib.
Xəbərdarlıq şənbə günü sakinlərin telefonlarına göndərilib və insanlar arasında panika yaradıb. Lakin qısa müddət sonra rəsmilər xəbərdarlığın səhv olduğunu deyib.
Havay Fövqəladə Vəziyyətin İdarəsi Agentliyinin sözçüsü Riçard Rapoza deyir ki, bu xəbərdarlığın göndərilməsinə nəyin səbəb olduğu bilinmir. Havay senatoru Brayan Şatz isə deyib ki, balistik raketlə bağlı xəbərdarlıq "insan səhvinin" ucbatından olub və "tamamilə qəbuledilməzdir".
Fövqəladə Vəziyyətin İdarəsi Agentliyinin rəsmiləri şənbə günü ştata doğru balistik raketin gəldiyinə dair xəbərdarlığın yanlış olduğunu açıqlayandan sonra Şatz Twitter hesabında bu səhvə görə cavabdehliyə və doğru xəbərdarlıq prosesinin yaranmasına çağırıb.
Sorğu
Yeni dizaynımız necədir?