GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fazil Məmmədovun Ukraynadakı biznesi ilə bağlı sensasion faktlar

Fazil Məmmədovun Ukraynadakı biznesi ilə bağlı sensasion faktlar

Tarix: 17-01-2018, 11:50 Bölmə :Cəmiyyət Baxış: 401
Fazil Məmmədovun Ukraynadakı biznesi ilə bağlı sensasion faktlar


Sabiq vergilər nazirinin Ukraynanın erməni əsilli naziri ilə əlaqələri haqda iddialar var

Sabiq vergilər naziri Fazil Məmmədovun dövlətdən oğurladığı vəsaitlər hesabına yiyələndiyi əmlaklarının siyahıya alınması prosesi davam edir. Onun ölkədən çıxardığı 4 milyard yarımlıq “qara pul” qaçaqçılığına görə təftiş aparılır, mal-mülkü müəyyənləşdirilir.

Sabiq nazirin kurort məkanları ilə tanınan ölkələrdən bir çoxunda biznesləri müəyyən edilib. Belə xəbərlər var ki, Fazil Məmmədov Azərbaycan istisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var.
Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrodan başlayır. Bir qədər aralıda, Puşkin küçəsindəki “Vladimirski” bazarı da Azərbaycanın sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Fazil Məmmədov Ukraynadakı bizneslərinə toxunulmazlıq statusuna Ukraynada yüksək çinli məmurlarla işbirliyi və dostluq münasibətləri saxlamaqla nail olub. Bu məmurlar sırasında azərbaycanlılara qarşı xüsusi qəddar münasibəti ilə seçilən Ukraynanın daxili işlər naziri, erməni əsilli Avakov da var. Hətta Fazil Məmmədovun Avakovla yaxşı biznes əlaqələrinin olduğu da deyilir. Ukraynadan əlavə onun Gürcüstanda, Türkiyədə biznes şəbəkələri var. Bu şəbəkələr hamısı üzə çıxarıla bilər.

Sabiq nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks hoteli haqda da yazmışdıq. Həmin hotel “Mir” adlanır. Bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir Rezort Spa” öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”. Truskovetsin ən yaxşı hotellərindən hesab olunan “Mir” hoteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu hotelə üz tutur. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir.

Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir. Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.

Yada salaq ki, Fazil Məmmədov ötən il dekabrın 5-də qəfil vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi. Artıq 1 aydan çoxdur ki, Fazil Məmmədov işsizdir. Rəsmi olaraq onun işdən çıxarılmasının səhhəti ilə əlaqəli olduğu açıqlansa da, bu təqdimata inananlar azdır. Heç Fazil Məmmədovun özü də bu təqdimatla razılaşmır. O vəzifəsindən çıxarılandan 2 gün sonra bu xəbəri yalanlamışdı. Demişdi ki, iddia edildiyi kimi ağır xəstə deyil, az xəstədir. Yəni Fazil Məmmədov işində qalıb davam edə biləcəyi mesajını çatdırmışdı. İşdən çıxarıldığı ilk günlərdə Fazil Məmmədovun çevrəsinin onun səfir göndəriləcəyi ilə bağlı xəbərlər yayması da onun xəstə olmadığını bir daha təsdiqləmək üçün ortaya atılan informasiyalardan idi. Fazil Məmmədovu səfir göndərmədilər, əvəzində təftiş edirlər. Bu təftiş prosesi Fazil Məmmədova yaxşı heç nə vəd etmir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik alıb?

    Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik ...

    25-07-2013, 12:33

  • 
  • Fazil Məmmədovun qudası da işdən çıxarıldı

    Fazil Məmmədovun qudası da işdən çıxarıldı ...

    14-01-2018, 20:17

  • 
  • Sərxoş eks-nazir Fazil Məmmədov “keçmiş olsun” zəngini qəbul edir - AUDIO

    Sərxoş eks-nazir Fazil Məmmədov “keçmiş olsun” ...

    21-12-2017, 11:44

  • 
  • FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI

    FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI ...

    14-10-2013, 09:42

  • 
  • Mikayıl Cabbarov Fazil Məmmədovun daha bir kadrını "vurdu"

    Mikayıl Cabbarov Fazil Məmmədovun daha bir ...

    10-01-2018, 13:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu